22 İyul – Milli Mətbuat Günü: Milli mətbuatımızın 151 illik şərəfli inkişaf yolu
20.07.2026 [09:56]
Hər il 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərinə, maarifçilik ənənələrinə və söz azadlığına verilən yüksək qiymətin ifadəsidir. Bu il isə Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi ölkəmizdə böyük qürur hissi ilə qeyd edilir. Bir əsr yarımdır ki, Azərbaycan mətbuatı xalqımızın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, azadlıq və dövlətçilik ideyalarının təbliğinə, milli maraqlarımızın müdafiəsinə mühüm töhfələr verir.
Ümummilli Lider Heydər Əliyev milli mətbuatın tariximizdəki rolunu yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu fikirlər Azərbaycan mətbuatının xalqımızın milli oyanışında və dövlətçilik ənənələrinin möhkəmlənməsində oynadığı tarixi missiyanı aydın şəkildə ifadə edir.
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd olunduğu kimi, XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər milli mətbuatın yaranmasını zəruri etmişdi. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” qəzeti xalqın maariflənməsinə, cəhalətə və xurafata qarşı mübarizəyə, milli şüurun inkişafına və mütərəqqi jurnalist nəslinin formalaşmasına misilsiz töhfələr vermişdir.
Sonrakı dövrlərdə fəaliyyət göstərən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat” və digər nəşrlər milli düşüncənin inkişafında mühüm rol oynayaraq Azərbaycan xalqının azadlıq ideallarının formalaşmasına xidmət etmişdir. Milli mətbuat tariximizin bütün mərhələlərində xalqın səsi, milli maraqların müdafiəçisi və ictimai fikrin əsas tribunasına çevrilmişdir.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə olmuş, azad mətbuatın inkişafı üçün geniş imkanlar yaratmışdır. Məhz bu qərar ölkəmizdə söz azadlığının təmin olunmasına və medianın müstəqil fəaliyyətinə möhkəm hüquqi zəmin yaratdı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində uğurlu dövlət siyasəti davam etdirilir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media mühitinin müasir dövrün tələblərinə uyğun inkişafını təmin edən mühüm hüquqi baza formalaşdırmışdır. Eyni zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, media subyektlərinin fəaliyyətinə dövlət dəstəyinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev mətbuatın cəmiyyətin həyatındakı rolunu yüksək qiymətləndirərək bildirib: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Azərbaycan mediası Birinci və İkinci Qarabağ müharibələri dövründə üzərinə düşən tarixi missiyanı yüksək peşəkarlıqla yerinə yetirmişdir. Jurnalistlər cəbhədən operativ xəbərlər hazırlamış, Ermənistanın dezinformasiya siyasətini faktlarla ifşa etmiş, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük fədakarlıq göstərmişlər. İnformasiya cəbhəsində qazanılan uğurlar media nümayəndələrinin vətənpərvərliyinin və peşəkarlığının bariz nümunəsidir.
2022-ci ildə Milli Mətbuat Gününün ilk dəfə azad Şuşa şəhərində qeyd olunması isə xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyevin media nümayəndələrinə ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi, bu hadisə Azərbaycan mediasının tarixində əlamətdar səhifə açmışdır. Şuşada keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının, tarixi ədalətin zəfərinin və milli mətbuatımızın zəngin ənənələrinin təntənəsinin ifadəsi olmuşdur.
Bu gün Azərbaycan mediası rəqəmsallaşan dünyada yeni çağırışlara uyğun fəaliyyət göstərərək cəmiyyətin obyektiv məlumatlandırılması, milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm vəzifələri uğurla yerinə yetirir. Güclü, peşəkar və məsuliyyətli media demokratik cəmiyyətin fundamental şərtlərindən biridir və Azərbaycanın davamlı inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni nailiyyətlər, Azərbaycanın milli maraqlarının qorunması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə fəaliyyətlərində uğurlar arzulayırıq.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

