Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı qarşılıqlı etimad və konkret nəticələrə əsaslanır
17.07.2026 [12:12]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşa şəhərində verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin dinamik inkişafını, strateji tərəfdaşlığın möhkəmlənməsini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin Avropa dövlətləri ilə münasibətlərinin davamlı inkişafını təmin edir. Slovakiya ilə əlaqələrin son illərdə yüksələn xətt üzrə inkişaf etməsi də bu uğurlu siyasətin mühüm nəticələrindən biridir.
Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya arasında siyasi təmaslar artıq müntəzəm xarakter alıb. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və aparılan səmərəli dialoq münasibətlərin məzmununu daha da zənginləşdirir. Prezident İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya rəsmi səfəri və Prezident Peter Pelleqrinin bu gün Azərbaycana, xüsusilə də Şuşaya səfəri iki ölkə rəhbərlərinin əməkdaşlığın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir.
2024-cü ildə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd kağız üzərində qalan siyasi bəyanat deyil, artıq konkret layihələr və praktiki əməkdaşlıq vasitəsilə uğurla həyata keçirilən fəaliyyət proqramıdır. Güclü siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar bu tərəfdaşlığın əsas dayaqlarıdır.
Şuşada keçirilən görüş zamanı diqqət çəkən əsas məqamlardan biri də Slovakiyanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfənin yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini xüsusi vurğulayaraq bu dəstəyə görə minnətdarlığını ifadə etdi. Bu layihə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesinə beynəlxalq tərəfdaşların artan marağını və etimadını nümayiş etdirir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir infrastrukturun qurulması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji və innovativ texnologiyalara əsaslanan inkişaf modeli artıq beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Slovakiya şirkətlərinin bu prosesdə iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir.
Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı, enerji təhlükəsizliyi, hərbi-texniki əməkdaşlıq, sənaye, nəqliyyat və digər perspektivli sahələr geniş müzakirə olundu. Xüsusilə enerji sahəsində Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi rolu Slovakiya üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm mövqeyə malikdir və bu istiqamətdə əməkdaşlıq imkanları ildən-ilə genişlənir.
Prezident İlham Əliyev çıxışında Prezident Peter Pelleqrinin Azərbaycanla uzun illərə əsaslanan münasibətlərinə diqqət çəkdi. Onun parlament sədri, Baş nazir və Prezident kimi müxtəlif dövrlərdə ölkəmizə səfər etməsi, o cümlədən COP29 çərçivəsində Azərbaycanda olması iki ölkə arasında formalaşmış yüksək etimadın göstəricisidir. Bu ardıcıl təmaslar dövlətlərarası münasibətlərin davamlı xarakter aldığını təsdiqləyir.
Qeyd etmək lazımdır ki, Şuşada keçirilən görüşün xüsusi rəmzi əhəmiyyəti vardır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa artıq beynəlxalq diplomatiyanın, siyasi dialoqun və mühüm beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkana çevrilib. Xarici dövlət başçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və Qarabağda həyata keçirilən bərpa-quruculuq siyasətinə verilən beynəlxalq dəstəyin bariz ifadəsidir.
Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar prinsipləri üzərində qurulub. Son illərdə formalaşmış strateji tərəfdaşlıq siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, energetika, investisiya, humanitar əməkdaşlıq və innovasiya sahələrini də əhatə edir. Bu isə əlaqələrin uzunmüddətli və dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan konkret nəticələrə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Bu gün ölkəmiz etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir, dost ölkələrlə qarşılıqlı faydalı münasibətləri ardıcıl şəkildə inkişaf etdirir. Şübhəsiz ki, Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı bundan sonra da yeni layihələr və təşəbbüslərlə daha da möhkəmlənəcək, hər iki ölkənin milli maraqlarına və xalqlarının rifahına mühüm töhfələr verəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

