Azərbaycan-Avropa İttifaqı: yeni münasibətlər modelinin təqdimi
07.07.2026 [15:31]
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev Ursula Fon der Lyayen ilə mətbuata bəyanatlarında “Sizi yenidən görməyimə çox şadam. Biz ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşlərində iki dəfə görüşmüşük və ikitərəfli gündəliyimizi, həmçinin bir çox digər məsələləri geniş müzakirə etmişik” söyləyərək bildirdi ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.
Səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanla tərəfdaşlığa önəmi “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” fikirləri ilə ifadə etdi. Avropa Komissiyasının Prezidenti onu da əlavə etdi ki, Bakı möhtəşəm şəhərdir, burada zəngin və qədim irs cazibəli müasir memarlıqla qovuşur. Bu, bu gün gördüyümüz Azərbaycanın gələcəyə yönəlmiş planlarının təzahürüdür: “İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik”.
Səsləndirilən fikirlərdən, müzakirə edilən məsələlərdən də göründüyü kimi, münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, yaşıl enerji və regional təhlükəsizlik sahələrini əhatə edən geniş strateji gündəlik mövcuddur. Azərbaycanın regionda sabitliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynadığı xüsusi qeyd edildi.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Cənab İlham Əliyev bu reallıqları da diqqətə çatdırdı ki, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi. Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Azərbaycanın artan rolunu şərtləndirən əsas amillərindən biri coğrafi mövqeyidir. Son illərdə ölkəmiz müasir nəqliyyat infrastrukturunun yaradılmasına, beynəlxalq dəniz nəqliyyatının, dəmir yolu əlaqələrinin və logistika mərkəzlərinin inkişafına ardıcıl olaraq sərmayə qoyur. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bağlantı məsələsinə də xüsusi diqqət yönəltdi. “Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir” deyən cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan yeni münasibətlər modelini nümayiş etdirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

