26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü: Qüdrətli Ordu, Sarsılmaz Zəfər
25.06.2026 [17:43]
Hər bir müstəqil dövlətin mövcudluğunun, onun ərazi bütövlüyünün və xalqının təhlükəsizliyinin ən böyük qarantı qüdrətli ordudur. Müasir müstəqil Azərbaycanın tarixində 26 İyun - Silahlı Qüvvələr Günü müstəsna əhəmiyyət daşıyan, xalqımızın böyük qürur və fəxarətlə qeyd etdiyi əlamətdar tarixdir. Ölkəmizdə ordu quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətlər, ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü və təchizatlı hərbi qüvvəsinə çevirmişdir. Bu möhtəşəm inkişafın və qüdrətin zirvəsində isə, heç şübhəsiz, xalqımıza şanlı Qələbə bəxş edərək ordu quruculuğu istiqamətində tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, polad iradəsi və sərkərdəlik məharəti dayanır.
Müasir dövrün tələblərinə cavab verən ordunun formalaşması yalnız texniki təchizatla deyil, həm də güclü və mükəmməl hüquqi bazanın mövcudluğu ilə ölçülür. Bu baxımdan, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun qəbul edilməsi və tətbiqi ordu quruculuğunun hüquqi təməllərini daha da möhkəmləndirmiş, hərbi təşkilatçılıq və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etmişdir. Dövlətimizin yürütdüyü sosial siyasətin mərkəzində dayanan əsas və həssas istiqamətlərdən biri də məhz hərbi qulluqçuların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Vətən torpaqlarının müdafiəsi uğrunda fədakarlıq göstərən hərbçilərimizin həyat və məişət şəraitinin yaxşılaşdırılması, onlara dövlət tərəfindən hərtərəfli qayğının göstərilməsi, eləcə də qəhrəmanlıqlarının ali dövlət səviyyəsində yüksək qiymətləndirilərək yeni təsis edilmiş orden və medallarla təltif olunması şəxsi heyətin mənəvi-psixoloji hazırlığını, vətənpərvərlik hissini və döyüş ruhunu əhəmiyyətli dərəcədə yüksəldir.
Dünya hərb elminin inkişaf tendensiyaları göstərir ki, güclü ordu yüksək intellektə, müasir taktiki biliklərə və çevik döyüş qabiliyyətinə malik kadrlarla fərqlənir. Bu məqsədlə peşəkar kadr hazırlığı Silahlı Qüvvələrimizin inkişaf strategiyasının ən mühüm prioritetlərindən biri elan edilmişdir. Ölkəmizdə hərbi təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılması və mərkəzləşdirilməsi məqsədilə Milli Müdafiə Universitetinin formalaşdırılması, eləcə də ordumuzun döyüş qabiliyyətinin yeni standartlara cavab verməsi üçün Komando hərbi hissələrinin yaradılması peşəkar ordu modelinə keçidin bariz və uğurlu nümunəsidir. Bu islahatlar Azərbaycan Ordusunun istənilən relyef və iqlim şəraitində, ən mürəkkəb döyüş tapşırıqlarını xüsusi peşəkarlıqla yerinə yetirməsinə etibarlı zəmin yaradır.
Azərbaycan Silahlı Qüvvələrinin inkişafında və müasirləşməsində beynəlxalq hərbi əməkdaşlıq da xüsusi rol oynayır. Qardaş Türkiyə Respublikası ilə sarsılmaz müttəfiqliyimizin tarixi zirvəsi olan Şuşa Bəyannaməsi bu istiqamətdə tamamilə yeni üfüqlər açmışdır. Şuşa Bəyannaməsinin önəmli maddələrində xüsusi olaraq vurğulanır ki, tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Eyni zamanda, sənəddə Azərbaycan və Türkiyənin digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəkləri öz əksini tapmışdır ki, bu da regionda sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Bu qlobal və regional tərəfdaşlıq şəbəkəsinin mühüm tərkib hissəsi kimi, son illər ərzində İsrail ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir, bu da ordumuzun müasir hərbi-texniki imkanlarının və müdafiə sənayesi potensialının genişlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri öz tarixinin ən qüdrətli, ən şanlı dövrünü yaşayır. 26 İyun - Silahlı Qüvvələr Günü sadəcə hərbi təqvimdəki bir gün deyil, qalib xalqın, yenilməz ordunun və uzaqgörən sərkərdənin vəhdətinin möhtəşəm təntənəsidir. Peşəkarlaşan, ən müasir texnologiyalarla təchiz edilən və yüksək vətənpərvərlik ruhuna malik olan Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyümüzün və xalqımızın firavan həyatının ən etibarlı mühafizəçisi olmağa davam edəcəkdir.
Tutu Kamalqızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24

