Ağdaşda “Azərbaycan Silahlı Qüvvələri - dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib
25.06.2026 [16:39]
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan Silahlı Qüvvələri - dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.
Əvvəlcə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında bildirib ki, Azərbaycanda peşəkar və nizami ordu quruculuğunun tarixi təməli xalqımızın Ümummilli Lideri, uzaqgörən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər hələ Sovet İttifaqının ən sərt dövrlərində – milli hərbi kadrların yetişməsinə imperiyanın qısqanclıqla yanaşdığı bir vaxtda, öz qətiyyəti və dəmir iradəsi ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bu addım sadəcə bir məktəbin açılması deyil, gələcək müstəqil Azərbaycanın hərbi elitasının təməlinin qoyulması idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz xaos və daxili çəkişmələr içində boğularkən, dövlət sükanı arxasına keçən Ulu Öndər məhz həmin liseyin vətənpərvər məzunlarına, peşəkar hərbçilərinə güvəndi. Dağınıq dəstələrdən qısa zamanda vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, şəxsi heyətin təlim-tərbiyəsi və maddi-texniki təchizatı dövlətin bir nömrəli prioritetinə çevrildi.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova isə çıxışında qeyd edib ki, Ulu Öndərin müqəddəs vəsiyyətini və siyasi kursunu ən yüksək səviyyədə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu zamanın ən son tələbləri çərçivəsində tamamilə yenidən qurdu. Azərbaycanın artan iqtisadi imkanları ilk növbədə müdafiə sənayesinə yönəldildi. Dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait ildən-ilə artırılaraq ordumuzun arsenalı dünyanın ən müasir, yüksək texnologiyalı və strateji silahları ilə zənginləşdirildi.
Tədbirdə müharibə veteranları İsmayıl Xuduyev, İlham Beydullayev və Şahin Məmmədov Azərbaycan Ordusunun rəşadətindən geniş bəhs ediblər. Qeyd edilib ki, bu gün dünya hərb elmi Azərbaycan Ordusunun strategiyasını araşdırmaqla məşğuldur. Beynəlxalq hərbi analiz mərkəzləri, ABŞ-dan Avropaya qədər dünyanın ən tanınmış hərbi akademiyaları və təhsil müəssisələri Azərbaycan Ordusunun Şuşada, Cəbrayılda, Füzulidə tətbiq etdiyi 5-ci nəsil hərb taktikasını dərslik kimi öyrənir. Keçilməz relyeflərdə, sıldırım qayalarda yüngül silahlarla yazılan Şuşa dastanı bu gün hərb dərsliklərinin ən maraqlı mövzusudur. İşğaldan azad olunmuş hər bir qarış torpağımızda, Şuşada, Xankəndidə dalğalanan üçrəngli müqəddəs bayrağımız ordumuzun gücünün, dövlətimizin qüdrətinin rəmzidir.
Xəbər lenti
Hamısına baxİdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03

