23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Xocavənd rayonunda tədbir keçirilib
23.06.2026 [16:03]
Xocavənd Rayon İcra Hakimiyyətində 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin zəngin dövlətçilik irsi, müasir Azərbaycanın qurulması və inkişafı istiqamətindəki misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirakçıları salamlayaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb. Eyvaz Hüseynov çıxışında bildirib ki, dövlət qulluğu cəmiyyətin inkişafında, dövlət idarəçiliyinin səmərəli təşkilində və vətəndaş məmnunluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyan fəaliyyət sahəsidir. Qeyd olunub ki, Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi dövründə peşəkar, şəffaf və müasir idarəetmə prinsiplərinə əsaslanan dövlət idarəçiliyi modelinin əsası qoyulub. Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. O, dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək onların qanunvericiliyin tələblərinə uyğun, şəffaf, operativ və vətəndaşyönümlü fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, dövlət qulluqçuları dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayırlar. O qeyd edib ki, dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət və vətənpərvərlik prinsipləri hər zaman əsas meyar olmalı, dövlət qulluqçuları öz fəaliyyətləri ilə cəmiyyətə nümunə göstərməlidirlər. Dövlət idarəçiliyi sisteminin ayrılmaz hissəsi olan dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində, qanunların icrasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Məhz buna görə də dövlət qulluqçularının peşə bayramı yalnız bu sahədə çalışan insanların deyil, bütövlükdə cəmiyyətin əhəmiyyət verdiyi xüsusi günlərdən biri hesab olunur.
Daha sonra dövlət qulluqçuları Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Cabir Cəfərov və İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Məmləkət İbrahimova dövlət qulluğunun şərəfli və məsuliyyətli fəaliyyət sahəsi olduğunu bildirərək, dövlət qulluqçularının qarşısında duran vəzifələrdən, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, dövlət qulluğunda çalışan hər bir şəxs dövlətçilik maraqlarını daim üstün tutmalı, vətəndaşlara həssaslıqla yanaşmalı və üzərinə düşən vəzifələri yüksək məsuliyyət hissi ilə yerinə yetirməlidir.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusu YAP Xocavənd rayon təşkilatının sədri və Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və diplomla təltif edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

