Azərbaycan Ordusu – Dövlətimizin Gücü, Xalqımızın Qüruru!
23.06.2026 [12:22]
Hər il 26 iyun tarixində Azərbaycan xalqı böyük qürur və ehtiram hissi ilə Silahlı Qüvvələr Gününü qeyd edir. Bu əlamətdar gün milli dövlətçilik tariximizin mühüm səhifələrindən biri olmaqla yanaşı, müstəqilliyimizin, təhlükəsizliyimizin və suverenliyimizin əsas təminatçısı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu bir daha xatırlamaq üçün mühüm fürsətdir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissələrin yaradılması milli ordumuzun formalaşmasının başlanğıcı oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyət dövründə dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdi. Həmin dövrdə atılan addımlar gələcək milli hərbi ənənələrin əsasını təşkil etdi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan mürəkkəb siyasi və hərbi şəraitlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olundu, ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsi dövlət qarşısında ən vacib vəzifələrdən birinə çevrildi. Məhz belə bir dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunmasına, dövlət quruculuğunun möhkəmlənməsinə və nizami ordunun formalaşdırılmasına geniş imkanlar yaratdı.
Heydər Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam gücləndirildi, peşəkar kadr hazırlığına xüsusi diqqət yetirildi. Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafının möhkəm təməlini formalaşdırdı. 1998-ci ildə imzalanan sərəncamla 26 iyun tarixi rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi. Ulu Öndər Heydər Əliyev Ordu haqqında demişdir:
“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.”
Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsait artırıldı, müasir silah və texnikalar əldə edildi, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi. Beynəlxalq hərbi əməkdaşlıq genişləndirildi, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi
Bu gün Azərbaycan Ordusu ən müasir silah sistemləri ilə təchiz olunmuş, yüksək döyüş hazırlığına malik güclü hərbi qüvvədir. Ordumuz yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzidir.
Azərbaycan Ordusunun şanlı tarixində 2020-ci il Vətən müharibəsi xüsusi yer tutur. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Şuşanın azad olunması Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, vətənpərvərliyin və xalq-ordu həmrəyliyinin təntənəsi oldu. Azərbaycan əsgərinin göstərdiyi şücaət bütün dünyada böyük rəğbətlə qarşılandı və ölkəmizin hərbi qüdrətini bir daha nümayiş etdirdi.
Qələbənin əldə olunmasında minlərlə şəhidimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və hərbçilərimizin misilsiz qəhrəmanlığı mühüm rol oynadı. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur, qazilərinə dərin ehtiram göstərir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirilir. Həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan Ordusunun şücaətinin və dövlətimizin gücünün ən parlaq təzahürüdür.
Silahlı Qüvvələr Günü yalnız hərbçilərin peşə bayramı deyil. Bu gün həm də xalqımızın öz dövlətinə, müstəqilliyinə və milli dəyərlərinə bağlılığının ifadəsidir. Ordumuzun hər bir uğuru xalqımızın uğuru, hər bir zəfəri Azərbaycan dövlətinin gücünün göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, çıxışlarının birində demişdir: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi, veteranlarımızı, qazilərimizi və şəhid ailələrini ürəkdən təbrik edir, Azərbaycan Ordusuna yeni nailiyyətlər, Vətənimizin keşiyində dayanan igid əsgər və zabitlərimizə möhkəm cansağlığı və şərəfli xidmət arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatı
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12

