Üçrəngli bayrağın Zəfər Yolu: 28 Maydan Qarabağa
25.05.2026 [11:18]
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Məhz həmin gün Şərqdə ilk parlamentli respublika quruldu, xalqın milli iradəsi dövlət səviyyəsində təsdiq edildi və Azərbaycanın müstəqil dövlət kimi dünya siyasi xəritəsində yeri müəyyənləşdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, onun yaratdığı siyasi və mənəvi irs əsrlər boyu yaşayacaq böyük bir məktəbə çevrildi. Bu irsin ən müqəddəs rəmzlərindən biri isə üçrəngli Azərbaycan bayrağı oldu.
Sovet hakimiyyəti illərində Azərbaycan xalqı öz milli dövlətçiliyindən məhrum edilsə də, müstəqillik arzusu heç vaxt sönmədi. Üçrəngli bayraq qəlblərdə yaşadı, azadlıq uğrunda mübarizə aparan insanların ruhuna çevrildi. XX əsrin sonlarında xalqımız yenidən müstəqillik uğrunda ayağa qalxdı və 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Həmin dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı yenidən dövlət bayrağı kimi qəbul edildi. Bu, tarixi ədalətin bərpası və milli yaddaşın dirçəldilməsi idi.
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi böhran, xaos və xarici təhdidlər Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə ağır bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli birliyin təmin olunması istiqamətində misilsiz xidmətlər göstərdi. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına xüsusi önəm verir, üçrəngli bayrağı dövlət müstəqilliyimizin əsas rəmzi kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdi, ordu quruculuğu sürətləndi və gələcək inkişafın təməli qoyuldu.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Güclü iqtisadiyyat, qüdrətli ordu və milli birlik nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etməyə nail oldu. Xalqımızın illərlə həsrətində olduğu Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edildi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yarımçıq qalmış dövlətçilik idealının tam reallaşması idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda dalğalandı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və digər azad edilmiş ərazilərdə Azərbaycan bayrağının ucaldılması xalqımız üçün qürur və fəxarət anına çevrildi. Dövlət Başçısının həmin torpaqlarda bayrağımızı ucaltması Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri oldu.
Bu gün Azərbaycan bayrağının Qarabağda dalğalanması yalnız hərbi zəfərin nəticəsi deyil, həm də böyük siyasi iradənin, milli birliyin və xalq-dövlət həmrəyliyinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu, gələcək nəsillərə verilən ən böyük dövlətçilik əmanətidir. Çünki bayraq təkcə parça deyil, o, xalqın tarixi, şəhidlərin qanı, qəhrəmanların iradəsi və gələcək nəsillərin qürur mənbəyidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Dağıdılmış şəhərlər və kəndlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar, hava limanları tikilir. Qarabağ və Şərqi Zəngəzur yenidən həyat qazanır. Bütün bu işlərin mərkəzində isə Azərbaycan bayrağı dayanır. Hər yeni tikilən binada, hər istifadəyə verilən obyekt üzərində dalğalanan üçrəngli bayraq Azərbaycan dövlətinin gücünü və əbədi varlığını nümayiş etdirir.
Azərbaycan gəncliyi də bu müqəddəs irsə böyük ehtiramla yanaşmalıdır. Çünki müstəqillik və dövlətçilik asan qazanılmayıb. Bu yolda minlərlə şəhid canından keçib, qəhrəman oğullarımız torpaqlarımız uğrunda mübarizə aparıblar. Bugünkü azad və güclü Azərbaycan onların qəhrəmanlığının nəticəsidir. Gənc nəsil Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını, Heydər Əliyev dövlətçilik məktəbini və Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasını dərindən öyrənməli, dövlət müstəqilliyimizi daim qorumalıdır.
28 May – Müstəqillik Günü Azərbaycan xalqının milli qürur və şərəf tarixidir. Bu tarix xalqımızın azad yaşamaq iradəsini, dövlətçilik ənənələrini və milli birliyini nümayiş etdirir. Bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanması isə Azərbaycan Xalq Cümhuriyyətinin ruhunun yaşadığını və müstəqil Azərbaycanın əbədi olduğunu bütün dünyaya göstərir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu böyük tarixi nailiyyət gələcək nəsillərə verilən ən qiymətli dövlətçilik mirası kimi daim yaşayacaq.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

