Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş və mühüm siyasi aktordur
08.05.2026 [14:25]
2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu və Avropa ilə əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat layihələri və sülh təşəbbüsləri baxımından xüsusi diqqətlə qarşılandı. Möhtərəm Prezident öz nitqində Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etdi.
Cənab Prezident çıxışında Azərbaycanın son illərdə həyata keçirdiyi iri enerji layihələrinin Avropa ölkələrinin enerji ehtiyaclarının qarşılanmasına mühüm töhfə verdiyini bildirdi. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla fəaliyyət göstərməsi və Avropaya təbii qaz ixracının artması Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldib. Dövlət başçısı vurğuladı ki, Azərbaycan yalnız enerji resursları ixrac edən ölkə deyil, eyni zamanda regional sabitliyə və iqtisadi əməkdaşlığa töhfə verən etibarlı tərəfdaşdır.
Ölkə başcısı çıxışında regional sülh və təhlükəsizlik məsələlərinə də toxundu. O, bildirdi ki, Azərbaycan bölgədə davamlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində mühüm addımlar atır. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini diqqətə çatdıraraq regionda yeni əməkdaşlıq mühitinin formalaşmasının vacibliyini vurğuladı. Bu yanaşma Azərbaycanın həm region ölkələri, həm də Avropa dövlətləri ilə münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Orta Dəhlizin inkişafı, Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının artırılması ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir və bu istiqamətdə beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və ölkəmizin qlobal proseslərdə mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın Avropa ilə münasibətlərinin daha da inkişaf etdirilməsinə, regional sabitliyin möhkəmlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm mesajlar kimi qiymətləndirilir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş və mühüm siyasi aktor kimi mövqeyini uğurla qoruyub saxlayır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

