“Bura Vətəndir - sevin Azərbaycanı!”
29.12.2013 [11:00]
YAP İsmayıllı rayon təşkilatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə birgə tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı Basqal qəsəbəsində ərazi ilk partiya təşkilatının, Basqal qəsəbə tam orta məktəbinin kollektivinin təşkilatçılığı və ətraf kəndlərin nümayəndələrinin iştirakı ilə “Bura Vətəndir - sevin Azərbaycanı!” mövzusunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə birgə tədbir keçirib.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova xalqımızın 2013-cü ili də böyük uğurlarla yola saldığını vurğulayıb. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasından qaynaqlanan güclü Azərbaycan naminə, bizi yüksəlişə doğru aparan bu düzgün yol ölkəmizin xoşbəxt gələcəyinə və vətəndaşlarımızın firavan həyatının təmin edilməsinə hesablanıb.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə formalaşan, dünyanın 70-dən çox ölkəsində məskunlaşan diasporamız ildən-ilə inkişaf edir, güclənir, dövlətimizin daha da qüdrətlənməsi üçün ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin ətrafında sıx birlik və həmrəylik nümayiş etdirir: “Azərbaycanın haqq səsi dünya birliyində həmişə olduğundan daha tez eşidilir, tərəfdaşlarımızın sayı artmaqdadır. İllər ötdükcə Ulu öndərin azərbaycançılıq məfkurəsi soydaşlarımızın qəlbində Vətən sevgisini dərinləşdirir. Bu sevgi bizi qarşıdakı illərdə də yeni-yeni qələbələrə səsləyir və siz azərbaycanlı olmağımızla qürur duyuruq. Çünki güclənməkdə olan Azərbaycana güclü lider başçılıq edir. Dünya gəmisində daim irəliləməkdə olan Azərbaycanın sükanı etibarlı əllərdədir”.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatı Basqal ərazi ilk partiya təşkilatının sədri Novruz Əsədov, Ağasəfər Qafarov, Şəkurə Quliyeva, Yeganə Ağayeva ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurlu davamından, respublikamızda bütün sahələrdə qazanılan müvəffəqiyyətlərdən, son 10 ildə xaricdə yaşayan soydaşlarımızın Vətənə bağlılığının daha da möhkəmlənməsindən danışıblar. Bayram tədbirində məktəbin şagirdlərinin ifasında vətənpərvərliklə bağlı musiqi nömrələri və şeirlər səsləndirilib. Sonda kiçik yaşlı məktəblilərə Yeni il hədiyyələri paylanılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

