Azərbaycan sülh gündəliyinə sadiqdir
07.05.2026 [15:00]
2026-cı il mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edib.
Dövlət başçısı çıxışında vurğulamışdır ki, sülh regionda iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi baxımından əsas şərtdir. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün artıq praktik müstəviyə keçdiyini qeyd edərək, 2025-ci ilin avqustunda Ağ Evdə imzalanmış Birgə Bəyannaməni xatırlatmış və tərəflərin doqquz aydır sülh şəraitində yaşadıqlarını bildirmişdir. Həmin sənədin imzalanmasında ABŞ Prezidenti Donald Tramp şahid qismində iştirak etmiş, eyni zamanda iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflamışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, uzun illər tətbiq olunan tranzit məhdudiyyətləri artıq aradan qaldırılmış, nəticədə Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük daşınmışdır. Bununla yanaşı, Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsullarının – benzin və dizelin ixracına başlamış, beləliklə, iki ölkə arasında iqtisadi əlaqələrin formalaşması üçün yeni mərhələnin əsası qoyulmuşdur. Bu addımlar sülhün yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və praktik tədbirlərlə müşayiət olunduğunu nümayiş etdirir.
Çıxışda Avropa institutlarının fəaliyyətinə də toxunulmuş, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən nümayiş etdirilən qərəzli yanaşmalar və ikili standartlar tənqid edilmişdir. Prezident qeyd etmişdir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü təmin etmiş, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri icra etmişdir. Bununla belə, bəzi beynəlxalq qurumlar tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar və siyasi təzyiq cəhdləri davam etdirilir.
Eyni zamanda, Avropa Komissiyası tərəfindən daha konstruktiv mövqenin nümayiş etdirilməsi xüsusi qeyd olunmuşdur ki, bu da Azərbaycanın Avropa ilə münasibətlərdə balanslı və qarşılıqlı hörmətə əsaslanan siyasət apardığını göstərir.
Dövlət başçısı çıxışında 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində separatçılığa son qoyduğunu xatırladaraq bildirmişdir ki, bununla da uzun illər icra olunmayan beynəlxalq qətnamələr reallaşdırılmışdır. Buna baxmayaraq, sonrakı dövrdə AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi ikili standartların bariz nümunəsi kimi qiymətləndirilmişdir.
Azərbaycanın sülh gündəliyinə sadiqliyi ölkənin atdığı praktik addımlarda da öz əksini tapır. Vaşinqtonda imzalanmış sənədlər, o cümlədən Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair razılaşma və Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu kontekstdə ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar Cənubi Qafqazda uzunmüddətli münaqişənin başa çatdırılması istiqamətində mühüm addım olmuşdur.
Eyni zamanda, son illərdə ilk dəfə olaraq Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü, eləcə də üçüncü ölkələrə məxsus yüklərin Azərbaycan ərazisindən tranziti regionda iqtisadi əməkdaşlığın real mexanizmlərlə inkişaf etdiyini göstərir. Bu proses yalnız iqtisadi deyil, həm də siyasi və psixoloji baxımdan etimad mühitinin formalaşmasına xidmət edir.
Qeyd edilməlidir ki, sülh prosesinin davamlılığı üçün təkcə siyasi dialoq deyil, həm də vətəndaş cəmiyyəti institutlarının iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə də təşəbbüskar mövqe nümayiş etdirərək ictimai diplomatiyanın inkişafına və qarşılıqlı etimadın gücləndirilməsinə dəstək verir. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, gənclərin və digər sosial qrupların prosesə cəlb olunması sülh quruculuğunun mühüm komponentlərindən biridir.
Ekspert qiymətləndirmələrinə görə, Azərbaycan artıq regionda sülhün və inkişafın təminatçısı kimi çıxış edir. Azərbaycan regional lider kimi sülh və əməkdaşlıq təşəbbüslərini ardıcıl şəkildə davam etdirir. Rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, sülh sazişi formal sənəd olaraq qalmamalı, real iqtisadi və humanitar əməkdaşlıqla möhkəmləndirilməlidir. Bu baxımdan həyata keçirilən tədbirlər sülhün praktik müstəviyə keçidini təmin edən mühüm amillər kimi çıxış edir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

