Tərtərdə Akademik Zərifə Əliyevanın 103-cü ildönümü böyük təntənə ilə qeyd olunub
28.04.2026 [15:50]
28 aprel 2026-cı il tarixdə YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, məkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilar rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət işciləri, bələdiyyə sədrləri və rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto sərgiyə baxıblar.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmməıdov çıxış edərək, bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, yüksək mənəviyyat sahibi və əsl ziyalı kimi xalqımızın yaddaşında əbədi yaşayır. Qeyd olunub ki, onun oftalmologiya elminə gətirdiyi yeniliklər, yetişdirdiyi peşəkar kadrlar və insan sağlamlığının keşiyində dayanmaq naminə göstərdiyi fədakarlıq bu gün də səhiyyə işçiləri üçün nümunədir.
Rayon rəhbəri çıxışında qeyd edib ki, akademik Zərifə xanım Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata–SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb və professor həmin mükafata layiq görülən ilk qadın idi.
İcra başçısı Zərifə Əliyevanın zəngin elmi irsi və humanist fəaliyyətinin Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamaqda davam etdiyini, onun həyat yolunun gənc nəslin və tibb işçilərinin vətənə və peşəyə sədaqət ruhunda formalaşmasına töhfə verdiyini də vurğulayıb .
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon mərkəzi xəstəxanasının baş həkimi Bəkir Nağıyev, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Şəfaqət Əzimova və səhiyyə işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri Pərvanə Xudiyeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə və tibb elminə verdiyi töhfələrdən danışıblar.
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

