Prezident-Xalq birliyinin gücü
21.04.2026 [14:03]
Məlumdur ki, Ölkəmizin müasir dövlətçilik salnaməsi xalqa verilən vədlərin tam və qətiyyətlə yerinə yetirilməsinin parlaq nümunələri ilə zəngindir. Azərbaycanın keçdiyi inkişaf yolu, sadəcə, iqtisadi və siyasi islahatlarla deyil, həm də dövlət rəhbərinin öz xalqı qarşısında götürdüyü öhdəlikləri reallığa çevirmək bacarığı ilə xarakterizə olunur. Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttini təşkil edən "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fəlsəfəsi ölkəmizi qlobal arenada söz sahibi olan qalib və nüfuzlu dövlətə çevirib.
Yeri gəlmişkən, bu gün qürurla deyə bilərik ki, dövlətimizin başçısının illər öncə bəyan etdiyi strateji hədəflərin hər biri artıq tamamlanmış reallıqdır. Hələ rəhbərliyinin ilk illərindən hər bir azərbaycanlının Prezidenti olacağını və Azərbaycanın ərazi bütövlüyünün heç bir halda güzəşt mövzusu olmayacağını vurğulayan cənab İlham Əliyev bu vədlərini 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə tam və qəti şəkildə reallaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan həm iqtisadi müstəqilliyini möhkəmləndirdi, həm də müasir ordu quruculuğu prosesini zirvəyə daşıdı. Hər bir seçkidə Azərbaycan vətəndaşlarının öz rəhbərinə yüksək etimad göstərməsindən sonra baş verən möhtəşəm tarixi hadisələr xalqın öz seçimində tamamilə haqlı olduğunu göstərdi. Ona görə xalqımız dövlətimizin başçısını sözlərini əməli ilə təsdiqləyən, fəaliyyətini tamamilə Azərbaycanın güclənməsinə, əhalinin rifahına, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına həsr edən lider kimi qəbul edir.
Qeyd etmək lazımdır ki, 2018-ci il aprelin 18-də Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi də ölkəmizin daxili-xarici siyasəti üçün strateji yol xəritəsi xarakteri daşıyırdı. Dövlətimizin başçısı çıxışında 2003-cü ildə verdiyi vədə sadiqliyini və Heydər Əliyev yolunun davamlılığını vurğulayırdı: "Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Şadam ki, mən sözümə sadiq qaldım".
Onu da qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyü məsələsi Prezidentin çıxışının ən kəskin və qətiyyətli bölmələrindən idi. Dövlətimizin başçısı Azərbaycanın işğalla heç vaxt barışmayacağını bəyan edirdi: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, öz torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir". Cənab Prezidentin "Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bunun üçün biz daha da güclü olmalıyıq" vədi bu çıxışdan cəmi iki il sonra reallaşdı. Dövlət başçısı iqtisadi asılılığın olmamasını siyasi müstəqilliyin əsası kimi dəyərləndirir və bildirirdi ki, iqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, biz bu qədər cəsarətli müstəqil siyasət apara bilməzdik. Ümumiyyətlə, 2003-2018-ci illər ölkəmizdə sabitliyin qorunduğu və iqtisadi islahatların dərinləşdiyi bir dövr kimi yadda qaldı. Bu müddətdə Azərbaycan enerji idxal edən ölkədən ixracatçı dövlətə çevrildi, nəhəng infrastruktur layihələri icra edildi, sahibkarlara milyardlarla manat güzəştli kreditlər ayrıldı. Regionların inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi və sosial rifahın yüksəlməsi cənab İlham Əliyevin seçkilərdəki uğurunun əsasını təşkil edirdi. Azərbaycanın iştirakçısı olduğu TANAP və "Cənub qaz dəhlizi" kimi transmilli layihələr ölkəmizi Avropanın əsas enerji tərəfdaşına çevirdi. Bütün bu iqtisadi və siyasi uğurların ali məqsədi isə torpaqlarımızın işğaldan azad olunması idi. Prezident seçkilərindən cəmi bir ay sonra, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən uğurlu əməliyyat Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu əməliyyat Azərbaycan Ordusunun hərbi qüdrətini və strateji üstünlüyünü nümayiş etdirən mühüm bir hadisə oldu. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi bu taktiki fəaliyyət nəticəsində 1992-ci ildən bəri düşmən tapdağında olan Günnüt kəndi işğaldan azad edildi, strateji əhəmiyyətli yüksəkliklər ordumuzun tam nəzarətinə keçdi. Günnüt əməliyyatı sübut etdi ki, 2018-ci ilin aprelində Azərbaycan xalqı təkcə daxili sabitliyə deyil, həm də işğal altındakı torpaqlarımızın azad edilməsi qətiyyətinə səs vermişdi. Bu əməliyyat böyük qələbənin, 44 günlük Vətən müharibəsinin anonsu və Müzəffər Ali Baş Komandanın verdiyi vədlərin real əks-sədası idi.
Xüsusilə qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı siyasətinə son qoyuldu və düşmən diz çökdürüldü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın müasir tarixində dövlət suverenliyinin tam bərpası ilə nəticələnən həlledici nöqtə oldu. Bu əməliyyatla Azərbaycanın ərazisində separatçılığa son qoyuldu və dövlət suverenliyi bütün ölkə miqyasında təmin edildi. Bu, son ikiyüzillik tariximizdə qazanılmış ən böyük strateji qələbədir. Prezident İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaltmaqla prezidentlik fəaliyyətinin ən mühüm vədini tam yerinə yetirmiş oldu. Antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıqlar yaratdı və regionun sülh dövrünə keçidi üçün maneələri aradan qaldırdı. 2018-ci il aprelin 18-də verilən vədlər bu gün Qarabağın yenidən qurulan şəhərlərində öz real əksini tapmaqdadır.
Ən əsası, artıq ölkəmiz üçün "münaqişə" və "işğal" sözləri keçmişdə qalıb. Qədir bilən xalqımız öz rəhbərinin ətrafında hər zaman sıx birləşib. Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq. Qarşıda xalqımızı yeni hədəflər və daha böyük uğurlar gözləyir.
Fərid Yusifov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00

