31 Mart Soyqırımı: Xalqımıza qarşı törədilən böyük faciə
30.03.2026 [16:35]
Azərbaycan tarixində şanlı hadisələrlə yanaşı, faciəli və soyqırımı xarakterli səhifələr də mövcuddur. Bu ağır hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri tərəfindən törədilmişdir. Mart soyqırımı yalnız Azərbaycan tarixində deyil, ümumilikdə dünya tarixində də ən qanlı faciələrdən biri kimi qiymətləndirilir.
1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabından sonra erməni millətçisi Stepan Şaumyan rəhbərliyi ilə bolşeviklərin Bakı Soveti şəhərdə hakimiyyəti ələ keçirmişdi. Onların məqsədlərindən biri türk-müsəlman əhalisinə qarşı zorakılıq törətmək və Bakını rus-erməni şəhərinə çevirmək idi. Bu prosesdə erməni “Daşnaksutyun” partiyası da onlara fəal şəkildə dəstək verirdi.
Nəticədə, 1918-ci il martın 30-da bolşevik-daşnak silahlı dəstələri Bakıda azərbaycanlılara qarşı kütləvi qırğınlara başladılar. Hücumlar zamanı qocalar, qadınlar və hətta azyaşlı uşaqlar belə amansızlıqla öldürülmüş, insanlar süngülənmiş, diri-diri yandırılmış, yaşayış evləri dağıdılmışdır. Aprelin 3-dək minlərlə müsəlman əhali qətlə yetirilmişdi.
Mart soyqırımı nəticəsində ümumilikdə 30 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Onların arasında təkcə Bakıda öldürülənlərin sayı 12 mindən çox olmuşdur. Bu hadisələr zamanı milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər mühüm tikililər dağıdılmış, şəhərin böyük hissəsi viran qalmışdır.
Bu qırğınlar yalnız Bakı ilə məhdudlaşmamış, ölkənin müxtəlif bölgələrinə də yayılmışdır. Qarabağda, Naxçıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda da oxşar hadisələr baş vermişdir.
Təkcə Şamaxı şəhərində təxminən 14–16 min nəfərin öldürüldüyü, şəhərə bağlı 40 kənd və obada isə 6–8 min nəfərin qətlə yetirildiyi qeyd olunur. Bundan əlavə, 18 mindən çox insan öz yurd-yuvasını tərk etməyə məcbur qalmışdır. Quba qəzasında isə ümumilikdə 4 mindən artıq insanın həyatını itirdiyi bildirilir. Bu faciə nəticəsində Quba qəzasına daxil olan 122 kənd tamamilə dağıdılmış, 2750 ev yandırılmışdır.
2007-ci ilin aprel ayında Qubada stadionun yenidən qurulması zamanı aparılan qazıntılar zamanı kütləvi məzarlıq aşkar edilmişdir. Həmin məzarlıqda təxminən 500 nəfərə aid insan kəlləsi tapılmış, onların 50-dən çoxunun uşaqlara, 100-dən artıq hissəsinin isə qadınlara məxsus olduğu müəyyən edilmişdir. Aparılan araşdırmalar bu insanların 1918-ci ildə Qubada törədilmiş qırğınların qurbanları olduğunu göstərmişdir.
Tədqiqatların nəticələri onu da göstərir ki, həmin hadisələr zamanı dinc əhaliyə qarşı əsasən odlu silahdan istifadə olunmamışdır.
Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlandı. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı" haqqında Prezidentin fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verildi, 31 Mart - Azərbaycanlıların soyqırım günü elan edildi. Həmin fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır. Məhz xalqımızın tarixi yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə cənab Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım memorial kompleksi" yaradılmasına qərar verdi və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək dedi: "1918ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir". Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzaladı. Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaq.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

