Beynəlxalq dialoq üçün mühüm platforma
17.03.2026 [18:34]
12 mart tarixində Bakıda yerləşən Gülüstan Sarayında keçirilən XIII Qlobal Bakı Forumu dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirib. Forum Prezident İlham Əliyevin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ilə keçirilən forum müasir dövrdə beynəlxalq münasibətlərdə dialoqun və əməkdaşlığın nə qədər vacib olduğunu bir daha nümayiş etdirir. Dünyada baş verən siyasi gərginliklər, iqtisadi dəyişikliklər və regional münaqişələr dövlətlər arasında qarşılıqlı anlaşma və birgə fəaliyyətə ehtiyacı artırır.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qlobal problemlərin yalnız əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında həll edilə biləcəyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda dialoq və əməkdaşlığın təşviqinə daim xüsusi diqqət yetirir.
Qlobal Bakı Forumu illər ərzində dünya liderləri və tanınmış siyasi xadimlərin fikir mübadiləsi apardığı nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib. Bu forum çərçivəsində qlobal təhlükəsizlik, enerji siyasəti, iqlim dəyişiklikləri, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunur.
Tədbir həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirir. Bakı artıq uzun müddətdir ki, müxtəlif beynəlxalq konfranslara və qlobal müzakirələrə ev sahibliyi edən mühüm diplomatik mərkəzlərdən biri kimi tanınır.
XIII Qlobal Bakı Forumunun əsas məqsədi qlobal problemlərin müzakirəsi üçün açıq və səmərəli dialoq mühiti yaratmaqdır. Bu baxımdan forum müxtəlif ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

