/ / Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri hansı yeni səhifəni açdı?
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri hansı yeni səhifəni açdı?
12.03.2026 [17:03]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycan hər zaman xarici dövlətlərlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir.
Ölkəmizin qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol və regionda yaratdığı yeni geosiyasi reallıqlar Bakını Brüssel üçün əvəzolunmaz tərəfdaşa çevirib. Bu kontekstdə, martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni və strateji bir səhifənin açıldığını deməyə əsas verir.
Bu səfər, sadəcə, diplomatik bir protokol deyil, həm də Avropanın Azərbaycana olan etimadının növbəti nümayişidir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil.
Buna görə də müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır. Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb.
Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.
Koştanın da dediyi kimi, bu gün İranda baş verən müharibə dünya enerji bazarlarını silkələyir və bu baxımdan bizim enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir.
Aİ Şurasının Prezidentinin Bakıya gəlişi regionda davamlı sülhün bərqərar olması prosesinə dəstək xarakteri daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçirdiyi quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar Brüssel tərəfindən yüksək qiymətləndirilir.
Koştanın bu səfəri Aİ-nin regionda sabitliyin qorunmasında Azərbaycanın liderlik rolunu qəbul etdiyinin bariz nümunəsi kimi ölkəmizin Cənubi Qafqazda sabitlik faktoru kimi artan nüfuzunun göstəricisidir.
Müxtəlif regionlarda yaranan gərginliklər Avropa ilə Asiya arasında mühüm tranzit xətti hesab olunan Orta Dəhlizin əhəmiyyətini son dövrlərdə daha da yüksəldir.
Yeri gəlmişkən, Orta Dəhlizə marağın artdığını müşahidə edirik. Yaxın Şərqdə baş verən hadisələr və İran ətrafında yaranan gərginlik, xüsusilə Hörmüz boğazının bağlanması riskləri Orta Dəhlizin əhəmiyyətini daha da artırıb.
Əgər bir müddət əvvəl Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti perspektivli alternativ marşrut kimi qiymətləndirilirdisə, hazırda bir çox ticarət şirkətləri üçün faktiki olaraq “yaşamaq marşrutu”na çevrilib.
Bu səfər nəinki iqtisadi dividendlər, həm də siyasi baxımdan mühüm mesajlar daşıyır. Azərbaycanın təqdim etdiyi logistik imkanlar, xüsusən “Orta Dəhliz” layihəsi Avropa üçün iqtisadi təhlükəsizlik deməkdir.
Səfərin ən mühüm siyasi tərəflərindən biri regionda yaranmış dinc şərait və sülh quruculuğu prosesidir. Sülh sazişinin paraflanması “Orta Dəhliz”in potensialını artırmaqla bərabər, ikitərəfli ticarət əlaqələrinin də bərpasına geniş yol açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq arenada çəkisini hər gün daha da artırır. Antonio Koştanın səfəri bir daha göstərdi ki, Bakı və Brüssel arasında qurulan körpülər sarsılmazdır. Bu əməkdaşlıq təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sülh içində gələcəyinə xidmət edir.
Bir sözlə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri Azərbaycanla Aİ arasında münasibətlərin gələcək inkişafında yeni işıqlı səhifələr açmaqdadır.
Xəbər lenti
Hamısına baxMEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56

