Tarixin müxtəlif dövrlərində Azərbaycan qadınının rolu
06.03.2026 [21:37]
Azərbaycan qadını tarixin bütün dövrlərində Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Azərbaycan qadını Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digət sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Onların fəaliyyəti təkcə ailə çərçivəsi ilə məhdudlaşmamış, dövlət quruculuğu, diplomatiya, hərb və mədəni dirçəliş proseslərinə qədər uzanmışdır.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də Sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tam hüquqlu üzvi kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti, söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadınının bu gün artıq ölkəmizin ictimai-mədəni həyatında yeri və rolu daha da möhkəmlənmiş, qadın ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, xalqın inamını qazanan deputat, dövlət məmuru, sahibkar kimi də fəaliyyət göstərmişdir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.
Milli-mənəvi və ailə dəyərlərimizin qorunub saxlanmasında qadınlarımızın rolu müstəsna dərəcədə artmışdır. Azərbaycan qadınları bütün zamanlarda olduğu kimi, bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşatmaq, ictimai fəaliyyətləri ilə Azərbaycanımızın inkişafına, onun çiçəklənməsinə öz töhfələrini vermək əzmindədirlər.
Bəşərin ilk əşrəfindən biri olan qadın Tanrının yaratdığı və qoruduğu ən zərif, incə, müqəddəs varlıqdır. Yaranışından özü ilə, adı ilə kainatın gözəlliklərini yaşadan qadın həm də dəyanəti, qeyrəti, dünyagörüşü, mərdliyi ilə hörmətə, ehtirama layiq olub. Ailə həyatının bəzəyi sayılan qadınlar təbiətin də, insanların da yaratdığı şah əsərlərin müəllifidirlər. Onlar məhəbbət rəmzi, ucalıq simvoludur. Baharın ilk nəfəsi duyulan bir vaxtda-8 Martda qadınların bayramı qeyd olunur. Bu bir təsadüfmü, yoxsa zərurətmi? Özü də bir çiçək olan qadınlar nədən çiçəklər açılanda, təbiət oyananda təbrik olunurlar, sevinirlər.
Bəlkə bir yaz günü çiçək-çiçək açılan güllərə bənzədiklərindən qadınlar gözəllik fəslində bayram edirlər. Hər gülün öz rəngi, öz ətri, öz mənası olduğu kimi, hər bir qadının da öz dünyası, öz məhəbbəti və yaşamı var. Dünyada dinindən, dilindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq, bütün qadınlar sevgiyə möhtacdırlar.
Xalqımızın çox-çox qədimlərdən üzübəri gələn tarixində Azərbaycan qadını ərə, oğula, ataya, qardaşa başının tacı kimi baxıb. Ona sədaqət göstərib, namusu, qeyrəti ilə şan-şöhrət gətirib, əməyi, zəhməti ilə bolluq, firavanlıq yaradıb. Baş tacı bildiklərinə arxa olub, dayaq olub. Bu gün də azəri qadını, beləcə, ömrünü övlad yolunda, ailə yolunda şam edir. Ona görə də ümidi, ümidgahı siz olan qadınları qorumaq da, yaşatmaq da sizin borcunuzdur, oğullar, atalar, qardaşlar, ərlər!
Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var-Ana adı! Qadınlar fərqli olsalar da, analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən analar, hamımıza yanan, yaşımızdan asılı olmayaraq, hər an aradığımız, soraqlaşdığımız analar! Nə yaxşı ki, sizlər varsınız!
Bildiyimiz kimi, bu bayram bütün dünyada qeyd olunur. Ona görə qeyd olunur ki, unudulan, yaddan çıxan hər bir qadın ən azından o gün xatırlansın, əzizlənsin, təbrik edilsin. Çünki çəmən çiçəkləri kimi min bir adda, min bir həvəsdə olan qadınlar bu dünyaya məhəbbəti yaşatmaq üçün gəliblər.
Evlərin bəzəyi, əlinin tamı ilə süfrələrin dadı, övladların sevinci, fərəhi, məhəbbəti olan qadınların hər biri ayrı-ayrılıqda ən gözəl olanlara-sevgiyə, məhəbbətə, hörmətə, ehtirama və əzizlənməyə layiqdirlər. Ayaqları altında olan cənnəti nəfəsi, mehri, məhəbbəti ilə ailələrində yaradan qadınlar dünyanı öz nəfəsləri ilə cənnətə çevirirlər. Buna görə də onları qorumaq oğulların, ataların, qardaşların müqəddəs borcudur.
Təkcə bu gün yox, sabah da, o biri gün də daim üzünüz gülsün, əziz xanımlar! Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanımına arzu edirik. Çünki onlar buna və bundan da yüksək ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər.
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP Fəalı
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

