Xocalı Soyqırımı Memorialı tarixi yaddaşın və milli iradənin abidəsidir
02.03.2026 [16:57]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Xocalı Soyqırımı Memorialının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bu abidənin yalnız faciə qurbanlarının xatirəsinə ucaldılmış memarlıq nümunəsi deyil, həm də Azərbaycan xalqının əyilməz iradəsinin, milli birliyinin və tarixi ədalətə sarsılmaz inamının rəmzi olduğunu bir daha təsdiqlədi.
Dövlət başçısı çıxışında vurğuladı ki, 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qətliam bəşər tarixinin ən ağır cinayətlərindən biridir. Qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi, yüzlərlə insanın əsir və girov götürülməsi, minlərlə sakinin doğma torpaqlarından didərgin salınması xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə insanlığa qarşı törədilmiş ağır və qanlı cinayətdir və bunun siyasi-hüquqi məsuliyyəti məhz Ermənistanın üzərinə düşür. Bir gecə ərzində 600-dən çox günahsız mülki şəxs, o cümlədən 106 qadın və 63 uşaq qəddarcasına qətlə yetirilmiş, 150 nəfər itkin düşmüşdür və sonradan onların bir qisminin qalıqları aşkar edilərək torpağa tapşırılmışdır. Dövlət başçısı çıxışında bildirdi ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında ən ağır və ağrılı səhifələrdən biridir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün uzun illər ardıcıl və sistemli iş aparılmışdır. Prezident İlham Əliyev qeyd etdi ki, bu faciə Azərbaycan xalqının iradəsini sarsıda bilmədi, əksinə, milli birliyi daha da möhkəmləndirdi.
Cənab Prezident çıxışında bildirdi ki, memorialın ucaldılması şəhidlərin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir və gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçısı vurğuladı ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparır. Bu istiqamətdə beynəlxalq təşkilatlarda qəbul olunan sənədlər və müxtəlif ölkələr tərəfindən Xocalı soyqırımının tanınması tarixi ədalətin bərqərar olması yolunda atılan mühüm addımlardır.
Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Xocalı qurbanlarının xatirəsi daim uca tutulacaq və bu memorial gələcək nəsillər üçün həm kədər, həm də qürur mənbəyi olacaq. Çünki xalqımız ağır sınaqlardan keçərək daha güclü dövlət qurmuş, öz suverenliyini və ərazi bütövlüyünü təmin etmişdir.
Cənab Prezidentin nitqində xüsusi vurğulanan məqamlardan biri də milli həmrəyliyin əhəmiyyəti idi. Cənab prezident İlham Əliyev bildirdi ki, xalq–iqtidar birliyi Azərbaycanın gücünün əsas mənbəyidir və məhz bu birlik sayəsində ölkəmiz qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olur. Xocalı Soyqırımı Memorialı da bu birliyin və milli qürurun rəmzi kimi ucalır.Cənab Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Xocalı Soyqırımı Memorialı yalnız tarixi faciənin xatirəsini yaşatmır. O, həm də Azərbaycan xalqının əyilməz iradəsinin, sarsılmaz milli ruhunun və ədalətə inamının əbədi simvoludur. Bu abidə gələcək nəsillərə bir çağırışdır: tarix unudulmur, ədalət tələb olunur və milli qürur daim qorunur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

