Tarixi ədalətin bərpası və Xocalıya qayıdış
25.02.2026 [15:05]
Artıq 34 ildir ki, Xocalı soyqırımı Azərbaycanda dərin hüzn və ehtiramla anılır, faciə qurbanlarının əziz xatirəsi hörmətlə yad edilir. Bu faciə hər dəfə bizi yenidən hadisələrin baş verdiyi tarixi dövrə, düşmənin məkrli planlarına nəzər salmağa, erməni terroru və vandalizminin qanlı nəticələrini yada salmağa, eyni zamanda şəhidlərimizin ruhu qarşısında böyük mənəvi borcumuzun olduğunu xatırlamağa sövq edir. Xocalı soyqırımı o qədər dəhşətli şəkildə həyata keçirilmişdir ki, bundan sonra bütün tariximiz boyu özünün faciəviliyini xalqımızın qan yaddaşında yaşadacaqdır.
Xocalı qırğınından ötən bu illərin təcrübəsi həmin faciəyə gedən yolun hələ çox keçmişdən – XX əsrin əvvəllərindən başalndığı qnaətinə gəlməyə imkan verir. Xocalı cinayəti 1905-1907-ci illərdə təkcə Naxçıvan əhalisinin yarıdan çoxunun qətlə yetirilməsinin, 1918-1920-ci illərdə bir milyondan artıq azərbaycanlının məhv edilməsinin, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan zorla köçürülmüş 200 minə yaxın soydaşımızın 70 minə yaxınının müxtəlif səbəblərdən tələf olmasının bilavasitə təşkilatçısı olan erməni məkrinin 1988-ci ildən başlanmış növbəti mərhələsinin ən qanlı terrorudur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndində yerləşən Rusiyaya məxsus, kontingentinin əksəriyyəti erməni zabit və əsgərlərindən ibarət olan 366-cı mexanikləşdirilmiş atıcı alayın və muzdlu quldurların fəal köməyi ilə XX əsrin ən böyük faciələrindən biri kimi tarixə düşən Xocalı faciəsini törətdilər. Mühasirəyə alınan şəhər bir neçə saat artilleriya atəşinə tutldu və 1991-ci ilin noyabrından Xocalının ətraf aləmlə əlaqə üçün yeganə ümidi olan aeoroport da dağıdıldı. Bu, əslində bütün şəhər əhalisinin məhvinə əvvəlcədən şəraitin təmin edilməsi demək idi ki, məhz bundan sonra böyük bir ordu 7 min nəfərlik əhalisinin cəmi 150 nəfərində odlu silah olan Xoclıya yeridildi. Qana boyanmış Xocalının dinç əhalisinin 613 nəfəri qətlə yetirildi ki, onlardan 106 nəfəri qadın, 80 nəfəri yetkinlik yaşına çatmayan uşaqlar, 70 nəfəri isə 60 yaşından yuxarı yaşlı insanlar idi. Şəhidlərin 56 nəfəri xüsusi qəddarlıq şəraitində və ağır işgəncələrlə ölümə məhkum edildi. 8 azərbaycanlı ailəsi tamamilə məhv edildi, 25 azyaşlı uşağın hər iki valideyni, 130 uşağın isə valideynlərindən biri öldürüldü. 1000 nəfərdən çox soydaşımız güllə yarası aldı, onlardan 467 nəfəri müxtəlif dərəcələrdə ömürlük şikəst oldular ki, bunlardan da 76-sı uşaqlar və yeniyetmələr idi. 1275 nəfər düşmən tərəfindən girov götürüldü.
Araşdırmalar göstərir ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsi hesab edilən II dünya müharibəsi zamanı alman faşistlərinin Belarusun Xatın kəndində törətdiyi qırğından daha dəhşətli olmuşdur. Əgər faşistlər Xatında dinç əhali üzərində 200 işgəncə faktı həyata keçirmişdilərsə, ermənilər Xocalı sakinlərinin meyitləri üzərində belə 300-dən çox işgəncə növü aşkar edilmişdir. İnsanlığa sığmayan bu vəhşiliyi sübut edən yüzlərlə fakt və məlumatlar vardır. Faciənin özü kimi dəhşətli olan bu faktlar bizi Xocalı harayını yalnız unutmamağa deyil, həm də şəhidlərimizin qanını almağa səsləyirdi. 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğalı dövründə törədilən Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalır. Lakin 2020-ci ilin payızında baş verən Vətən müharibəsi zamanı Ordumuzun rəşadəti, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin şücaəti nəticəsində əldə olunan tarixi Zəfər, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ədalətin bərpasını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Xocalıya ədalət!” çağırışı məhz bu tarixi mərhələdə öz real təsdiqini tapdı.
Təxminən otuz il davam edən mürəkkəb və çətin proses ardıcıl və məqsədyönlü dövlət siyasəti ilə yekunda zəfərlə nəticələndi. 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazilərində suverenliyinin tam bərpasından sonra Xocalıda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Həmin ilin 15 oktyabr tarixində Xocalı şəhərində və Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılması Azərbaycanın tarixi ədaləti bərpa etdiyinin rəmzi ifadəsinə çevrildi.
2024-cü il mayın 28-də dövlət başçısı doğma yurdlarına qayıdan sakinlərlə görüşərək yenidən qurulan şəhərdə görülən işlərlə yaxından tanış oldu. Rayonun kəndlərində həyata keçirilən layihələr, istifadəyə verilən istehsal obyektləri və canlanan sosial həyat Xocalının artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bir zamanlar dağıntılara məruz qalmış torpaqlarda bu gün həyat yenidən dirçəlir, insan səsi və quruculuq ruhu hökm sürür. Qazanılan tarixi Qələbə xalqımız üçün yalnız hərbi uğur deyil, həm də milli qürurun və ləyaqətin təntənəsi oldu. Uzun illər işğal altında saxlanılmış ərazilər artıq abadlıq, inkişaf və tərəqqi məkanına çevrilmişdir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın siyasi iradəsinin və gücünün bariz göstəricisidir. Bununla yanaşı, xalqımız Xocalı faciəsinin ağrısını heç vaxt unutmur və unutmayacaq. İkinci Qarabağ müharibəsi və sonrakı tədbirlər zamanı Azərbaycan Ordusu yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparmış, mülki əhaliyə qarşı heç vaxt zor tətbiq etməmişdir. Bütün addımlar beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uyğun şəkildə atılmışdır.
Xocalının acı xatirəsi qəlbimizdə yaşasa da, bu gün həmin torpaqlarda həyatın yenidən bərpası tarixi ədalətin təntənəsinin ən aydın sübutudur. Azərbaycan xalqı həm gücünü, həm də humanist dəyərlərə sadiqliyini bütün dünyaya nümayiş etdirmişdir.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

