Mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayətlər
25.02.2026 [12:16]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Məhz tarixən Xocalı soyqırımına qədər baş verən qanlı hadisələrin, faciələrin hamısı öncədən düşünülmüş planlar istiqamətində inkişaf edib. Tarix təkrar olundu: Bədnam qonşularımız 1905-1906, 1918-1920-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri etnik soyqırımı siyasətini 1992-ci ildə bəşəriyyət tarixində ən amansız qətliam olan Xocalı faciəsi ilə davam etdirdilər. Bütün soyqırımlarda düşmənin məqsəd və hədəfi eyni idi - Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövlətini qurmaq. Ermənilərin XX əsrin 80-ci illərindəki təcavüzü 20 mindən çox soydaşımızın şəhidliyi, 50 min nəfərin yaralanması və əlil olması, 4866 nəfərin itkin düşməsi ilə nəticələndi. Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Dünya tarixi dinc insanların kütləvi qətliamını həmişə hiddətlə qarşılayıb və bu cinayəti törədənlər tarixin məhkəməsindən qurtula bilməyiblər. Təkcə Xolokost, Serebrenitsa soyqırımlarını törədənlər üzərində məhkəməni xatırlayın. Xocalı soyqırımını törədən erməni faşistləri də tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər.
Müharibə itkilər, qurbanlar tələb edir. Lakin Xocalı qətliamının qurbanları yalnız hərbçilər deyil, dinc sakinlər - ahıllar, qadınlar, uşaqlar, döyüş meydanından qaçmağa gücü çatmayan əliyalın soydaşlarımız idi. Uzun sürən hərbi hazırlıqdan sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları 613 nəfər dinc sakini qətlə yetirdilər, yüzlərlə soydaşımız əsir düşdü, şikəst oldu, vandallar tərəfindən girov götürüldü. Onlarla Xocalı sakininin taleyi bu günə qədər də bəlli deyil.
Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayətdir. XX əsrin ən dəhşətli facilərindən sayılan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına Xocalı soyqırımı da əlavə edildi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və Milli Matəm Günü" elan olunub. 1997-ci ilin 25 fevralından ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, hər il fevralın 26-da saat 17.00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlanan əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsi ilə tarixləşdi. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. 30 ilə yaxın müddətdə erməni vandallarının işğalı altında qalan tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 8 Noyabr Azərbaycanın 200 ildə tarixi ədalətinin zəfər çaldığı gündür. İllərdir ki, erməni daşnak qüvvələrinin soydaşlarımıza qarşı törətdikləri faciələrin, qanlı hadisələrin qisası alındı.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

