Azərbaycan-Serbiya əlaqələri davamlı inkişaf edir
18.02.2026 [18:30]
Azərbaycan və Serbiya əlaqələri diplomatik münasibətlər baxımından 1997-ci ildən başlayıb. Xüsusilə iki dövlət arasında 2011-2012-ci illərdə daha intensiv əlaqələr formalaşıb, münasibətlər həm iqtisadi, həm diplomatik, həm də digər sahələrdə artan dinamika üzrə inkişaf edib.
İki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu dövr ərzində ölkələrimiz arasında 57 sənəd, bir çox sahələr üzrə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Azərbaycan-Serbiya əlaqələrinin strateji mahiyyəti həm də Prezident İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında qurulan səmimi münasibətlərlə müəyyən edilir. Uğurlu əməkdaşlıq modeli kimi göstərilə bilən həmin münasibətlərdə liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və davamlı təmasları mühüm rol oynayır. Dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin həyata keçirilməsində əlverişli zəmin yaradaraq əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib və görüşdə bir çox məsələ müzakirə olunub. Prezident İlham Əliyev və Aleksandar Vuçiç həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələr arasında münasibətləri diqqətə çəkməklə yanaşı, gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı da fikirlərini bildiriblər. Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Cənab Prezident çıxışında bildirib ki, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Bütövlükdə energetika sahəsində Azərbaycan və Serbiya əlaqələri indi çoxşaxəli formatda inkişaf edir. Azərbaycanın Serbiyaya qaz tədarük edir və ixrac olunan mavi qazın həcmi bir az da artırılacaq. Serbiyaya nəql olunan qazdan elektrik enerjisi istehsalına sərf olunacağı barədə qərara gəlinib. Bununla da münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Digər sahələrdə də iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması planlaşdırılır.
Serbiya-Azərbaycan münasibətləri təkcə iqtisadi deyil, mədəni və digər sahələrdə də inkişaf etməkdədir. İki dövlət arasında yalnız strateji müttəfiqlik deyil, eyni zamanda dostluq münasibətləri də formalaşıb. Serbiya Prezidenti mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan Prezidentinin siyasi təcrübəsindən yararlanır.
Azərbaycan-Serbiya münasibətləri gələcəkdə daha yüksək səviyyədə inkişaf etdiriləcək. Bu, təbii ki, həm Azərbaycan, həm də Serbiya üçün iqtisadi və digər sahələrdə inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki, iki ölkə arasında əlaqələr əvvəlki dövrdə də yüksək səviyyədə olub. Bütövlükdə bu əlaqələr gələcəkdə hər iki dövlətin müxtəlif sahələrdə dividendlər əldə etməsinə səbəb olacaqdır.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

