Yeni Azərbaycan Partiyası ötən 21 ildə şərəfli yol keçib
20.11.2013 [09:17]
YAP Nərimanov rayon təşkilatının qərargahında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında xüsusi istedada malik olan gənclərlə görüş keçirilib. YAP-ın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycanı XXI yüzilliyin və üçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
T.Tağıyev deyib ki, YAP Nərimanov rayon təşkilatının üzvləri qürur duyurlar ki, Bakı şəhərində partiyamızın ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
Çıxış edən professor Əlişir Musayev də YAP-ın yaranmasının tarixi hadisə olduğunu bildirib. YAP-ın 21 il ərzində inkişaf etdiyini deyən natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın böyük uğurlar qazandığını vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir: “Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün genişlənir”.
YAP-ın sıralarında qadınların kifayət qədər fəal təmsil olunduqlarını deyən M.İbrahimova əlavə edib ki, Ulu öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı deyib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi: “Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
Y.Babanlı Azərbaycan gənclərinin bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.
Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

