Azərbaycan qlobal güc mərkəzinə çevrilir
13.02.2026 [15:23]
Bu gün Azərbaycan Respublikası dünyada artan nüfuz və strateji təsir potensialını bir daha nümayiş etdirdi. Ötən illərdə ölkəmizin regional və beynəlxalq səhnədə əldə etdiyi uğurlar, onun sülh, əməkdaşlıq və sabitlik təşəbbüslərinin qlobal tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilməsi ilə əks-səda tapır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən qüdrətli dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan partnyorluqlar quraraq yeni tarixi mərhələyə qədəm qoyur — bu həm iqtisadi, həm də siyasi diplomatiyada özünü daha qabarıq göstərir. Bu baxımdan, 10 fevral 2026-cı il tarixdə ölkəmizə rəsmi səfər edən ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə keçirilən görüş və səsləndirilən bəyanatlar Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu daha da gücləndirdi.
Həmin görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bakı şəhərindəki bu yüksək səviyyəli görüş iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirildi və beynəlxalq əməkdaşlıq gündəliyində yeni səhifə açdı.
Prezident İlham Əliyev çıxışında ABŞ Vitse-prezidentini Azərbaycanda salamlamağın böyük şərəf olduğunu vurğuladı. O, bu günün ikitərəfli gündəlikdə yer alan müxtəlif məsələlər ətrafında çox məhsuldar müzakirələrə zəmin yaratdığını qeyd edərək, Tramp-Vens administrasiyasının Azərbaycana qarşı göstərdiyi müsbət münasibətə görə təşəkkürünü bildirdi. Xüsusilə bu səfərin nəticəsi olaraq imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının, altı ay ərzində iki tərəfin komandasının birgə səylərinin təzahürü olduğunu qeyd etdi və bunun ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğuladı.
Dövlət başçısı ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu qeyd edərək, bu əməkdaşlığın təhlükəsizlik, enerji və digər strateji sahələrdə qarşılıqlı faydalı proqramlar əsasında davam edəcəyini bildirdi. Prezident Əliyev, ABŞ kimi dünyanın ən qüdrətli ölkəsi ilə münasibətlərin inkişafının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Vitse-prezident Ceyms Devid Vens çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə sülh prosesinə göstərdiyi səylərə görə xüsusi təşəkkür etdi. O, bu səfərin regional sabitlik, iqtisadi əməkdaşlıq və sülhün möhkəmləndirilməsi istiqamətində vacib addım olduğunu vurğuladı və iki ölkə arasında dialoqun gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirdi.
Bu görüş və birgə bəyanatlar fonunda imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasını simvolizə edir. Sənədin məqsədi qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək, enerji, texnologiya və digər strateji sahələrdə daha sıx iş birliyi yaratmaqdır.
Bu səfər və verilən bəyanatlar, həmçinin Azərbaycanın beynəlxalq arenada rolunun gücləndirilməsi, regiondakı sabitlik və əməkdaşlıq mühitinin təşviqi istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin və Vitse-prezident Ceyms Devid Vensin mətbuata verdikləri bəyanatlar, həm iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, həm də regional və qlobal səviyyədə sülh və əməkdaşlıq üçün yeni perspektivlərin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

