Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ və siyasi dialoqun dərinləşməsi
12.02.2026 [17:50]
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–ABŞ münasibətlərinin tarixində mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu bəyanat iki ölkə arasında münasibətlərin artıq klassik diplomatik çərçivədən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin Tramp-Vens administrasiyasına ünvanladığı təşəkkür və məmnunluq ifadələri Vaşinqtonun Azərbaycana qarşı formalaşdırdığı müsbət və konstruktiv siyasi yanaşmanın göstəricisidir. Dövlət başçısı vurğulamışdır ki, ABŞ kimi dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlıq Azərbaycan üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir.
Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda baş tutmuş tarixi görüşünə istinaddır. Məhz həmin görüşdən sonra Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Altı ay davam edən intensiv və məqsədyönlü fəaliyyət nəticəsində bu mühüm sənədin imzalanması ikitərəfli münasibətlərdə institusional əsasların möhkəmləndiyini göstərir. Bu fakt onu deməyə əsas verir ki, Azərbaycan–ABŞ münasibətləri artıq fərdi təşəbbüslər deyil, konkret mexanizmlər üzərində qurulur.
Prezident İlham Əliyev bəyanatında Cənubi Qafqazda sülhün bərqərar olunmasında Tramp-Vens administrasiyasının rolunu xüsusi vurğulamışdır. Ermənistan və Azərbaycan arasında Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması regionun taleyində dönüş nöqtəsi olmuşdur. Prezident Trampın şahid qismində imzaladığı Sülh haqqında Birgə Bəyannamə beynəlxalq hüquq baxımından da mühüm sənəd kimi dəyərləndirilir. Altı aydır davam edən sülh şəraiti regionda yeni siyasi davranış modelinin formalaşdığını göstərir. Prezident İlham Əliyevin “biz sülh içində yaşamağı öyrənirik” fikri bu mərhələnin həm siyasi, həm də psixoloji əhəmiyyətini açıq şəkildə ifadə edir.
Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri yalnız diplomatik nəzakət çərçivəsində baş verən hadisə deyil. Bu səfər, imzalanmış Strateji Xartiya və aparılmış danışıqların mahiyyəti baxımından tarixi xarakter daşıyır. Bəyanatda qeyd olunduğu kimi, Xartiyada təhlükəsizlik, enerji, iqtisadiyyat, müdafiə, texnologiya və süni intellekt kimi mühüm istiqamətlər üzrə əməkdaşlıq əksini tapmışdır. Bu isə göstərir ki, Azərbaycan–ABŞ münasibətləri artıq çoxşaxəli və uzunmüddətli xarakter alır.
Azərbaycanın bu gün 16 ölkənin enerji təhlükəsizliyini təmin etməsi, onlardan 11-nin NATO üzvü və ABŞ-ın müttəfiqi olması ölkəmizin beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin bu faktı xüsusi vurğulaması Azərbaycanın enerji diplomatiyasının qlobal miqyasda qəbul edildiyini göstərir. ABŞ ilə təhlükəsizlik və antiterror sahəsində əməkdaşlığın davam etdirilməsi isə regional və beynəlxalq sabitliyə xidmət edən mühüm amildir.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

