/ / “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin böyük uğurudur
“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin böyük uğurudur
05.02.2026 [17:11]
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində şahidi olduğumuz mərasim real siyasətin və diplomatik iradənin təntənəsidir. Cari ilin 4 fevral tarixi qlobal diplomatiya salnaməsinə qızıl hərflərlə yazılır. Çünki məhz bu tarixdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsi və həmin ali mükafatın məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi hadisənin siyasi çəkisini qat-qat artırır. İki dövlət liderinin səmimi görüşü, əl sıxması və ali mükafatın təqdimatı zamanı nümayiş etdirilən qarşılıqlı ehtiram regionda formalaşan yeni strateji reallıqların vizual sübutudur.
Azərbaycan Prezidenti İlham Əliyevin bu ali mükafata layiq görülməsi təsadüfi hadisə deyil, əksinə, illərdir aparılan səbirli, strateji və qətiyyətli siyasətin məntiqi yekunudur. Dünyanın müxtəlif qaynar nöqtələrində davam edən qanlı toqquşmalar fonunda Azərbaycan ilə Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması sivilizasiyalararası dialoqun mümkünlüyünü nümayiş etdirən yeganə parlaq nümunədir.
Müasir beynəlxalq münasibətlər sistemində sülh anlayışı çox vaxt nisbi xarakter daşıyır, lakin Cənubi Qafqaz nümunəsində əldə olunan nəticə mütləq kateqoriyadır. Onilliklər ərzində Qərb diplomatları, ATƏT-in Minsk Qrupunun həmsədrləri və çoxsaylı beynəlxalq vasitəçilər münaqişənin həllini dondurulmuş vəziyyətdə saxlamağa çalışırdılar. Lakin rəsmi Bakı nümayiş etdirdi ki, ədalətli sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinin tam bərpası, ərazi bütövlüyünün təmini, suverenliyin toxunulmazlığı şəraitində mümkündür. 2026-cı ilin fevralında Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Azərbaycan liderinə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz həmin paradiqmanın qələbəsidir. Münsiflər heyətinin qərarı göstərir ki, dünya ictimaiyyəti artıq real nəticələrə qiymət verir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində region xarici müdaxilələrdən təmizlənərək birbaşa dialoq müstəvisinə keçdi.
Mükafatın fəlsəfəsi ilə Azərbaycanın sülh gündəliyi arasında üzvi bağlılıq mövcuddur. Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsinə əsaslanan mükafat humanizm, dözümlülük və həmrəylik dəyərlərini təşviq edir. Qafqazda onilliklər boyu kök salmış düşmənçilik toxumlarını təmizləmək, revanşizm meyllərini neytrallaşdırmaq və gələcək nəsillərə təmiz səhifə ötürmək missiyası bu dəyərlərlə üst-üstə düşür. Azərbaycan Prezidenti qalib tərəf olmasına rəğmən, məğlub tərəfə sülh əlini uzadaraq bölgənin inkişafı naminə kommunikasiyaların açılmasını, iqtisadi reinteqrasiyanı təklif etdi. Bu addım klassik “qalib-məğlub” dixotomiyasından imtina edərək “hamı qazanır” prinsipinə keçidi təmin etdi. Münsiflər heyətinin seçimi də humanist yanaşmaya verilən qiymətdir.
Cənab Prezident çıxışında qeyd ki, “Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.
Dövlət başçısı çıxışında Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlara da toxunub. Azərbaycan və Ermənistan arasında münasibətlərin müharibə mərhələsindən sülh mərhələsinə keçdiyini qeyd edən Prezident bildirib: “Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.” Qeyd olunub ki, bu dövr ərzində tərəflər arasında etimadın formalaşdırılması, praktiki əməkdaşlıq mexanizmlərinin yaradılması və kommunikasiyaların açılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə nəqliyyat-logistika sahəsində məhdudiyyətlərin aradan qaldırılması, enerji əməkdaşlığının başlanması və ticarət əlaqələrinin genişləndirilməsi sülh prosesinin real nəticələri kimi dəyərləndirilib.
Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini də xüsusi qeyd edib. Bildirilib ki, həmin görüş sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə nəticələnərək uzun illər davam edən münaqişənin siyasi həlli istiqamətində həlledici mərhələ təşkil edib.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

