Azərbaycan yeni dünya düzənində öz yerini dəqiq müəyyənləşdirib
23.01.2026 [15:45]
2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətinə dair ciddi siyasi mesajlarla yadda qaldı. “Avrasiya Söhbətləri” proqramında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan təkcə regional aktor deyil, qlobal prosesləri düzgün oxuyan və onlara adekvat cavab verən məsuliyyətli dövlətdir.
Cənab Prezident İlham Əliyev müasir dünya düzəninin əsas problemini olduqca açıq və prinsipial şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, artıq beynəlxalq hüquq normaları bütün ölkələr üçün mütləq xarakter daşımır. “Bu gün beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.” Bu fikirlər əslində son illərdə baş verən qlobal proseslərin, regional münaqişələrin, ikili standartların, selektiv yanaşmaların siyasi diaqnozudur. Cənab Prezident İlham Əliyevin yanaşması isə romantik beynəlxalq hüquq illüziyalarından deyil, real siyasətin sərt həqiqətlərindən qaynaqlanır. Məhz bu səbəbdən Azərbaycan öz strategiyasını milli maraqlara və real potensiala əsaslandırıb. “Strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirdik.” Bu yanaşma Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı və ölkənin haqlı mövqeyini beynəlxalq müstəvidə legitimləşdirdi. Müsahibənin ən mühüm hissələrindən biri Cənubi Qafqazda yaranmış yeni sülh mühitinə həsr olundu. Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz bu sülh siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Dövlət başçısı bu mükafatı şəxsi nailiyyət deyil, Qafqazda sülhə verilən qiymət kimi dəyərləndirdi: “Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.” Cənab Prezidentin fikrincə, region artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycanla Ermənistan arasında münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi tarixi hadisədir. Xüsusilə Ermənistanın enerji və yük daşımaları sahəsində Azərbaycandan asılılığının aradan qaldırılması istiqamətində atılan addımlar sülhün praktiki nəticələrini nümayiş etdirir. “Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Bu vəziyyətdən hamı udur.” Bu yanaşma Azərbaycanın revanşist yox, konstruktiv və gələcəyə yönəlik siyasət yürütdüyünü bir daha sübut edir.
Ölkə Prezidenti İlham Əliyev regionda sabitliyin əsas şərt olduğunu xüsusi vurğuladı. İran ətrafında baş verən proseslərə münasibətdə Azərbaycan balanslı və məsuliyyətli mövqe sərgiləyir. “Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir.” Bu mövqe Azərbaycanın heç vaxt regionda xaosun tərəfdarı olmadığını, əksinə, təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından biri kimi çıxış etdiyini göstərir. Müsahibədə Azərbaycanın enerji sahəsindəki mövqeyi xüsusi yer tutdu. Cənab Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazın yeganə enerji ixracatçısıdır və Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.” Bu fakt Azərbaycanın təkcə regional deyil, Avropa miqyasında strateji tərəfdaş olduğunu təsdiqləyir. Dövlət başçısının vurğuladığı kimi, Avropa bazarı həm qiymət, həm də strateji baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Müsahibənin ən diqqətçəkən məqamlarından biri Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə verilən cavab oldu. Cənab Prezident İlham Əliyevin “Biz artıq buna reaksiya vermirik” ifadəsi diplomatik etiket çərçivəsində verilmiş son dərəcə sərt siyasi mesajdır. “Bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının fəaliyyətinin nəticəsidir.” Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı kifayət hesab edir və ikili standartlara əsaslanan qurumlarla münasibətləri dayandırıb. Bu, siyasi ləyaqətin və suveren qərarvermənin nümunəsidir.
Cənab Prezident İlham Əliyevin Davosda “Euronews”ə verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan yeni dünya düzənində öz yerini dəqiq müəyyənləşdirib. Güc qaydasının hökm sürdüyü bir dövrdə Azərbaycan gücünü hüquqla, hüququnu isə milli maraqlarla tarazlaşdırmağı bacaran nadir dövlətlərdəndir. Bu müsahibə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyinə dair aydın siyasi yol xəritəsidir, dövlətimizin sülhə, sabitliyə, əməkdaşlığa və ədalətə əsaslanan yoludur.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

