Gənclərin dövlət bayrağına hörməti və ehtiramı yüksəkdir
08.11.2013 [09:22]
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyi Avrasiya Universitetində 9 noyabr - Dövlət Bayraq Günü münasibətilə tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyi Avrasiya Universitetində 9 noyabr - Dövlət Bayraq Günü münasibətilə tədbir keçirib. Tədbirdə Azərbaycanın müasir bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında geniş məlumat verilib, fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri Yusif Babanlı bayram münasibətilə gəncləri təbrik edərək bildirib ki, Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, o cümlədər şəhər və rayon təşkilatları mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. “Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır. Növbəti belə bir tədbir ölkəmizdə təntənəli şəkildə qeyd edilən 9 Noyabr -Dövlət Bayrağı Gününə həsr edilib”.
Y.Babanlı Bayraq haqqında və bu milli bayramın təsis olunma tarixi barədə ətraflı məlumat verib. “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetrdir. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib”.
Daha sonra Avrasiya Universitetinin prorektoru Edison Hacıyev bayrağımızın tarixi barədə məlumat verərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunub. E.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılıb. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalıb. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il, 17 noyabr tarixli Sərəncamına əsasən hər il 9 noyabrın “Dövlət Bayrağı Günü” kimi dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. Çıxışının sonunda E.Hacıyev bildirib ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu öndərin yolunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır.
Tədbirdə Avrasiya Universitetinin YAP Gənclər Birliyinin sədri Kamil Məhəmmədli, YAP Nərimanov rayon təşkilatının gənc fəalı Afaq Kərimli, YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Kənan Qubadzadə, YAP fəalı Ağa Mehdiyev və digərləri çıxış edərək vurğulayıblar ki, bayrağımıza olan hörməti, sevgini nümayiş etdirək və bütün dünyaya göstərək ki, bu gün Azərbaycanın üzərində dalğalanan üçrəngli bayrağımız bütün azərbaycanlılar üçün ali dəyərdir, qürurdur, mərdlikdir.
Sonra YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin üzvləri tərəfindən hazırlanan ölkə Prezidenti İlham Əliyevin “Bayraq günü” ilə əlaqədar nitqi və bu günün tarixi haqqında qısa məlumatdan ibarət videoçarx izlənilib. Sonda tələbələr Azərbaycan bayrağının rənglərində geyinərək xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32

