/ / Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın güclənən beynəlxalq mövqeyini və inkişaf strategiyasını əks etdirir
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın güclənən beynəlxalq mövqeyini və inkişaf strategiyasını əks etdirir
08.01.2026 [14:10]
2026-cı ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın 2025-ci ildə əldə etdiyi sosial-iqtisadi, siyasi və diplomatik uğurları, həmçinin gələcək inkişaf strategiyasını geniş şəkildə ictimaiyyətə çatdırdı. Dövlət başçısının müsahibələri artıq illərdir ki, yalnız cari məsələlərə münasibət bildirməklə kifayətlənmir, həm də Azərbaycanın dövlət idarəçiliyi fəlsəfəsini, milli maraqlara əsaslanan inkişaf modelini və strateji baxışını cəmiyyətə çatdıran mühüm platformaya çevrilib. Prezident müsahibəsində 2025-ci ilin ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını, Ermənistan-Azərbaycan müharibəsinin siyasi nöqteyi-nəzərdən sona çatdığını və dayanıqlı sülh dövrünün başladığını vurğuladı. Dövlətimizin döyüş meydanında qazandığı qələbənin beynəlxalq səviyyədə tanınması, xüsusilə ABŞ-də siyasi möhür vurulması, Azərbaycanın diplomatik nüfuzunu gücləndirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, ABŞ ilə münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, strateji tərəfdaşlıq xartiyasının hazırlanması və ikitərəfli əməkdaşlığın iqtisadi, təhlükəsizlik, ticarət və nəqliyyat sahələrini əhatə etməsi ölkəmiz üçün mühüm diplomatik uğurdur. 2025-ci ildə Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə münasibətlərin keyfiyyətcə yeni fazaya daxil olması, həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin açılması regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Azərbaycan–Çin əməkdaşlığı çərçivəsində iqtisadi mübadilənin həcmi rekord səviyyəyə – 4 milyard ABŞ dollarına çatdı, bərpaolunan enerji layihələrinə irihəcmli sərmayələr yatırıldı və yükdaşımaların həcmi sürətlə artdı.
Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv seçilməsini ölkəmizin beynəlxalq müstəvidə artan etimadının göstəricisi kimi təqdim etdi. Bu üzvlük çərçivəsində media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələrində müxtəlif mərkəzlərin yaradılması təşəbbüsü Azərbaycanın fəal və konstruktiv iştirakını göstərir. Eyni zamanda, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz, Azərbaycanın regionda açar və qapı rolunu oynadığını bir daha təsdiqləyir.
Müsahibədə sosial-iqtisadi siyasət prioritetləri də geniş təhlil olundu. Prezident İlham Əliyev vurğuladı ki, ölkənin inkişaf modelində vətəndaş amili mərkəzdə dayanır və bütün siyasət həm sosial, həm də investisiyayönümlüdür. Minimum əməkhaqqının 40 dəfədən çox artırılması, pensiya və müavinətlərin müntəzəm indeksləşdirilməsi, 5 sosial islahat paketinin həyata keçirilməsi və 4 milyon insanın sosial təminatla əhatə olunması bu siyasətin nəticələridir. Habelə, özünüməşğulluq proqramları 100 mindən çox insanı əhatə edərək yoxsulluq və işsizliyin azaldılmasına xidmət edir.
Prezident İlham Əliyev ölkədə aparılan kadr və idarəçilik islahatlarının davam etdiyini də vurğuladı. Peşəkar, şəffaf və məsuliyyətli kadrların dövlət idarəçiliyinə cəlb edilməsi, gənc və təşəbbüskar potensialın irəli çəkilməsi, institusional davamlılığın təmin olunması dövlət siyasətinin çevikliyini və effektivliyini möhkəmləndirir.
Dövlət başçısı ölkəmizin iqtisadi müstəqilliyinin güclənməsinin, maliyyə potensialının artmasının və valyuta ehtiyatlarının rekord səviyyəyə – 84 milyard dollara çatmasının milli təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyini qeyd etdi. Xarici borcun ÜDM-ə nisbətinin 6,3%-ə qədər azalması və reytinq agentliklərinin Azərbaycanın investisiya reytinqini sabitdən müsbətə yüksəltməsi iqtisadi dayanıqlılığın göstəricisidir.
Müsahibədə müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı da əhatəli fikir bildirildi. Prezident İlham Əliyev vurğuladı ki, Silahlı Qüvvələrin gücləndirilməsi, müdafiə sənayesində daxili istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsi strateji hədəflərdir. 2024–2025-ci illərdə bir milyard manat dəyərində hərbi məhsul istehsal edilib, ölkə 20-dən çox dövlətə hərbi məhsul ixrac edir və beynəlxalq müdafiə sənayesində rəqabətli mövqe tutur.
Dövlətimizin başçısı həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa-quruculuq işlərinə toxundu, bu ərazilərin iqtisadi, sosial və beynəlxalq tədbirlər mərkəzlərinə çevrildiyini vurğuladı. Azad edilmiş şəhərlərdə Xankəndidə ECO Zirvə görüşü, Şuşa, Laçın və Ağdamda keçirilən forumlar bu bölgələrin yalnız bərpa zonası olmadığını, həm də beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini göstərir.
Prezident İlham Əliyev Azərbaycanın hərbi, iqtisadi və sosial gücünün vahid strategiyanın nəticəsi olduğunu qeyd edərək, ölkəmizin regional və qlobal aktorlarla əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatı ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşəbbüsləri Azərbaycanın liderlik rolunu gücləndirir.
Ümumilikdə, müsahibə göstərir ki, Azərbaycan müstəqil siyasət, güclü iqtisadi və maliyyə bazası, dayanıqlı sosial model, peşəkar idarəçilik və güclü müdafiə potensialı üzərində dayanan davamlı inkişaf yolunu ardıcıl şəkildə həyata keçirir. Bu, ölkənin qarşısında duran vəzifələrin effektiv icrasına və gələcəkdə regionda sabitlik, rifah və əməkdaşlıq mühitinin möhkəmlənməsinə imkan yaradır.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

