Unikal həmrəylik modeli
05.01.2026 [14:57]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın mənəvi birliyini və gələcəyə yönəlmiş ümummilli iradəsini ifadə edən mühüm siyasi-mənəvi hadisədir. Bu əlamətdar günün təsis edilməsi və sonrakı dövrdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi həmrəylik ideyasının strateji mahiyyətini aydın şəkildə ortaya qoyur.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsi tarixi əhəmiyyət daşıyan siyasi addım idi. Ali Məclisin bu təşəbbüsü ölkə parlamentinə ünvanlaması və dekabrın 25-də Ali Sovetin Milli Şurasının 31 dekabrın rəsmi bayram günü elan edilməsi barədə qanun qəbul etməsi ilə həmrəylik ideyası hüquqi müstəvidə təsbit olunub. Bununla da bütün azərbaycanlılar üçün vahid mənəvi dəyər formalaşıb.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı olan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə tarixi bir missiyanı həyata keçirdi. Ümummilli Lider xarici səfərləri zamanı iş qrafikinin gərginliyinə baxmayaraq, mütləq şəkildə diaspor nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır, daha sıx təşkilatlanmaları üçün tövsiyələr verirdi. Bu görüşlər dünya azərbaycanlılarının ideoloji birliyinin möhkəmlənməsində mühüm rol oynadı.
Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri milli qürurun, mənəvi kimliyin və tarixi yaddaşın təzahürünə çevrilmişdir. Bu fikir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji mahiyyətini ifadə edən əsas tezislərdən biridir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyev xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşləri prioritet məsələ kimi dəyərləndirir, onların qarşılaşdıqları çətinlikləri dinləyir, birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Müasir beynəlxalq münasibətlər sistemində diasporla əlaqələrin möhkəmləndirilməsi müstəqilliyin qorunması və milli maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Fransa, Rusiya, ABŞ, Almaniya, Türkiyə, Belçika, Polşa, Gürcüstan, Ukrayna və digər ölkələrə səfərlər zamanı bu məsələ daim diqqət mərkəzində saxlanılıb.
Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında əlaqələrin qurulması, milli birlik və ideoloji həmrəyliyin gücləndirilməsi baxımından mühüm rol oynayır. Həmrəylik gününü təkcə etnik mənsubiyyətə görə deyil, bu torpaqlarda doğulub böyümüş, onun mədəniyyətinə bağlı olan diaspor nümayəndələrinin də qeyd etməsi həmin ideyanın ümumbəşəri mahiyyətini göstərir.
Dünya Azərbaycanlılarının Qurultayları diaspor tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu toplantılar soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə icmaların daha mütəşəkkil və fəal olmasına güclü təkan verib. Ulu Öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi bu sahənin hüquqi-institusional əsaslarını formalaşdırıb.
Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması diaspor fəaliyyətinin yeni inkişaf mərhələsinin başlanğıcı oldu. 2018-ci ildə Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi, 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalının yaradılması dövlətin bu sahəyə verdiyi önəmin real ifadəsidir. Bu mexanizmlər diaspor təşkilatlarının maddi-texniki bazasının möhkəmlənməsinə və fəaliyyətinin səmərəliliyinin artmasına xidmət edir.
Hazırda 51 ölkəni əhatə edən, yüzlərlə diaspor təşkilatını birləşdirən koordinasiya şuraları və onlarla Azərbaycan Evi dünya azərbaycanlılarının təşkilatlanmasının göstəricisidir. Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətində “Bir millət, iki dövlət” prinsipi əsas ideoloji dayaqlardan biridir. Bakıda və İstanbulda keçirilmiş forumlar, ABŞ və Avropa ölkələrində birgə fəaliyyət nümunələri erməni lobbi dairələrinin təxribatlarına qarşı vahid mövqenin formalaşdırılmasına xidmət edib.
Vətən müharibəsi dünya azərbaycanlılarının tarixi həmrəyliyini bütün aydınlığı ilə nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrdə etiraz aksiyaları, informasiya kampaniyaları keçirərək haqq səsimizin eşidilməsinə mühüm töhfələr veriblər. Bu fəaliyyət Qələbənin beynəlxalq informasiya müstəvisində möhkəmlənməsində əhəmiyyətli rol oynayıb. 44 günlük müharibə zamanı diaspor nümayəndələrinin göstərdiyi fəallıq Qələbəyə layiqli töhfə olub.
2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı milli birlik tarixində yeni mərhələnin təcəsümünə çevrilib. Bu qurultay həm qazanılmış Qələbənin, həm də dünya azərbaycanlılarının ideoloji və siyasi birliyinin təntənəli ifadəsi olub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyin qorunması, tarixi yaddaşın yaşadılması və qlobal miqyasda vahid mövqenin formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin gün təkcə keçmişin xatirəsi deyil, gələcəyə yönəlmiş strateji birlik modelidir. Həmrəylik ideologiyası dövlət siyasəti ilə uzlaşaraq dünya azərbaycanlılarını vahid məqsədlər ətrafında birləşdirməyə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

