Hüququn aliliyi, demokratiya və humanizm
18.12.2025 [15:57]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Ölkəmizin dayanıqlı inkişafını təmin edən dövlətçilik ənənələrinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz bu strateji xətt nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilmiş, hüquqi, dünyəvi və demokratik dövlət modeli qurulmuşdur.
Ümummilli Liderin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində qəbul edilən Konstitusiya dövlət quruculuğu prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu ali hüquqi sənəd dövlət hakimiyyətinin təşkili, insan hüquq və azadlıqlarının təminatı, suverenliyin möhkəmləndirilməsi və hüququn aliliyinin bərqərar edilməsi baxımından fundamental əhəmiyyət kəsb etmişdir. Konstitusiya, eyni zamanda siyasi sabitliyin və hüquqi təhlükəsizliyin əsas təminatçısına çevrilmişdir. Məhz bu möhkəm hüquqi baza üzərində formalaşan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl, sistemli və qətiyyətli şəkildə davam etdirilir.
Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Vətəndaş rifahının yüksəldilməsi, sosial ədalətin təmin olunması, cəmiyyətin həssas təbəqələrinin müdafiəsi və sosial bərabərliyin qorunması dövlət idarəçiliyinin prioritet istiqamətləri sırasında xüsusi yer tutur. Bu yanaşma sosial siyasətdən hüquq-mühafizə sahəsinə qədər bütün istiqamətlərdə öz əksini tapır və dövlətin vətəndaş qarşısında məsuliyyətinin real təzahürü kimi çıxış edir.
Xüsusilə hüquq siyasətində humanist prinsiplərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Burada cəzanın islah, tərbiyə və cəmiyyətə yenidən inteqrasiya mexanizmi kimi qəbul edilməsi əsas prinsipdir. Bu baxımdan əfv fərmanları və sərəncamları, amnistiya aktları dövlətin humanist mahiyyətini ifadə edən mühüm hüquqi alətlərdir. Sözügedən mexanizmlər cəmiyyətin sağlamlaşdırılmasına, sosial barışın möhkəmləndirilməsinə, hüquqi sabitliyin qorunmasına və ictimai etimadın gücləndirilməsinə xidmət edir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin 15 dekabr 2025-ci ildə amnistiyanın elan edilməsi təşəbbüsü irəli sürməsi dərin siyasi, hüquqi və mənəvi məna daşıyan addımdır. Suverenliyin tam bərpası, Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin olunması fonunda bu təşəbbüs dövlətin humanizm və mərhəmət ənənələrinə sadiqliyinin ardıcıl ifadəsidir. Bu təşəbbüs cəzadan azad ediləcək şəxslərin gələcək davranışlarına olan inamı, onların cəmiyyətə faydalı üzv kimi yenidən inteqrasiyasına verilən önəmi nümayiş etdirir. Eyni zamanda bu addım hüquqi məsuliyyətlə humanist dəyərlər arasında balansın qorunduğunu, dövlətin gücünün yalnız sərt mexanizmlərlə deyil, sosial məsuliyyət və mərhəmət prinsipləri ilə də ölçüldüyünü göstərir.
Amnistiya aktının layihəsi sosial ədalət prinsipinə əsaslanan geniş və diferensial yanaşmanı özündə ehtiva edir. Layihədə suverenliyin və ərazi bütövlüyünün qorunması uğrunda aparılmış döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər xüsusi kateqoriya kimi nəzərə alınır. Bu yanaşma dövlətin hərbi xidmətə və vətənpərvərlik dəyərlərinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Bununla yanaşı, döyüş əməliyyatlarında həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş mülki şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər sosial həssas qruplar amnistiyanın əhatə dairəsinə daxil edilir. Eyni zamanda böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Bu yanaşma humanizm və ədalət prinsiplərinin real vəhdətini əks etdirir.
Layihəyə əsasən, bu amnistiya aktı müstəqil dövlətçilik tarixində tətbiq dairəsinə və əhatə etdiyi şəxslərin sayına görə ən genişmiqyaslı hüquqi-humanitar qərarlardan biri olacaqdır. Ümumilikdə 20 mindən çox şəxsin amnistiyadan faydalanacağı gözlənilir. Onlardan 5 mindən çoxunun azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, minlərlə şəxsin isə digər cəza növlərindən və ya cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu rəqəmlər dövlətin humanist siyasətinin praktik və real nəticələrə əsaslandığını göstərir.
1995-ci ildən etibarən qəbul edilmiş amnistiya aktları və imzalanmış əfv fərmanları və sərəncamları humanist dövlət siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövrlərində həyata keçirilmiş əfv və amnistiya təşəbbüsləri hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə qəbul edilən amnistiya aktları da bu ənənənin mühüm mərhələləri kimi xüsusi qeyd olunmalıdır.
“Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü hüquqi dövlət modelinin, insan hüquqlarına hörmətin və humanist idarəetmə prinsiplərinin ardıcıl təzahürüdür. Bu addım dövlətin gücünü yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda mərhəmət, sosial məsuliyyət və ədalət dəyərləri ilə ifadə etdiyini bir daha nümayiş etdirir. Sözügedən təşəbbüs dövlətçilik ənənələrinin davamlılığını, Konstitusiyaya sədaqəti və insan amilinə verilən yüksək dəyəri aydın şəkildə ortaya qoyur.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

