Humanizm, mərhəmət və ədalət prinsipləri
18.12.2025 [16:22]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətlə dövlət arasında etimad mühitinin möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi fəlsəfəsinin, milli konstitusional dəyərlərə sadiqliyin və dövlət suverenliyinin möhkəmləndirilməsinin bariz nümunəsidir. əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar. Ulu öndər Heydər Əliyev xatırladırdı ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim siyasətimizin təməlində insan amili dayanır.Məhz həmin humanizm prinsiplərinin nəticəsidir ki, xalqımız bu il həm böyük siyahını əhatə edən əfv sərəncamının sevincini yaşayıb, həm də 20 mindən çox insana şamil ediləcək amnistiya aktından yaranacaq məmnunluğun ərəfəsindədir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü irəli sürməsi dövlətin öz vətəndaşına olan münasibətinin ən ali nümunəsidir. Bu addım Azərbaycanın güclü olduğu üçün bağışlamağı bacaran, ədaləti cəza ilə deyil, tərbiyə və yenidənqurma ilə tamamlayan dövlət olduğunu nümayiş etdirir. Amnistiya aktının fəlsəfəsində Azərbaycan dövlətinin əsrlər boyu formalaşmış humanizm və mərhəmət dəyərləri dayanır. Prezident İlham Əliyevin bu təşəbbüsü cəmiyyətə açıq bir mesajdır. Dövlət cəza verməklə kifayətlənmir, islah etməyi, insanı yenidən cəmiyyətə qazandırmağı da öz missiyası sayır.
Amnistiya təşəbbüsü Prezident İlham Əliyevin dövlət idarəçiliyində humanizm, mərhəmət və ədalət prinsiplərini daim ön planda saxladığını bir daha təsdiqləyir. Bu təşəbbüs cəmiyyətə açıq mesajdır ki, Azərbaycan dövləti vətəndaşlarının taleyinə biganə deyil, onların səhvlərindən nəticə çıxararaq düzgün yola qayıtmasını dəstəkləyir. Xüsusilə “Konstitusiya və Suverenlik İli” kimi tarixi və rəmzi əhəmiyyət daşıyan bir dövrdə amnistiyanın gündəmə gətirilməsi dövlət suverenliyinin yalnız ərazi bütövlüyü ilə deyil, həm də hüquqi və mənəvi dəyərlərlə möhkəmləndirildiyini göstərir. Amnistiyanın şamil olunacağı şəxslər kateqoriyası da bu təşəbbüsün sosial ədalət və humanizm prinsiplərinə əsaslandığını açıq şəkildə nümayiş etdirir.
Prezident cənab İlham Əliyevin amnistiya təşəbbüsü həm də Azərbaycan dövlətinin güclü və suveren mövqeyinin ifadəsidir. Tam bərpa olunmuş ərazi bütövlüyü və dövlət suverenliyi şəraitində həyata keçirilən bu təşəbbüs göstərir ki, Azərbaycan yalnız hərbi-siyasi gücü ilə deyil, eyni zamanda hüquqi və mənəvi üstünlükləri ilə də regionda nümunəvi dövlətdir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

