Azərbaycan-Slovakiya münasibətləri dinamik inkişaf edir
12.12.2025 [12:47]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Regionda yaranmış yeni geosiyasi reallıqlar Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əhəmiyyətini daha da artırır. Vaşinqton razılaşması çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün əlverişli şərait yaradır. Bu, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Slovakiyaya rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Azərbaycan və Slovakiya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində Peter Pelleqrini vurğuladı ki, cənab İlham Əliyevi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi: “Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə minnətdaram və bunu həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, ikitərəfli nahar və Bratislava Qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq”.
Bir daha vurğulandı ki, Siz dostlarınızın yanına gəlmisiniz. Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda biz münasibətlərimizi gücləndirmək qərarına gəldik: “Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq əla olar. Hökumət olaraq, biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib - biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz, həmçinin ölkələrimiz arasında Komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir”.
Cənab İlham Əliyev dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirdi: “Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir”.
Reallıq budur ki, Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlığa doğru dinamik inkişaf edir. Ölkələrimiz arasında diplomatik, iqtisadi və humanitar sahələrdə əldə olunan uğurlar və perspektivlər göz qabağındadır.
İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas amillərdən biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir. Belə ki, 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Prezident İlham Əliyev səfər zamanı keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında bildirdi ki, ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq.
Görüşlərdə, həmçinin dost ölkə kimi Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu, Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Slovakiyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edildi. Dövlətimizin başçısı Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

