“Gəncliyin gücü - Heydər Əliyev irsində” mövzusunda dəyirmi masa keçirilib
10.12.2025 [15:40]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gəncliyin gücü - Heydər Əliyev irsində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Ardınca Ümummilli Liderin mənalı ömür yolunu və müdrik siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək diqqətə çatdırmışdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında həm qurucu dövlət xadimi, həm də milli xilaskar kimi əbədi məskunlaşıb. Rayon təşkilatının Sədri gənc nəslin düzgün formalaşmasının dövlət siyasətində prioritet olduğunu vurğulayaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan gəncliyinin bütün sahələrdə öz potensialını tam həyata keçirdiyini, ölkənin isə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında qüdrətli və qalib dövlətə çevrildiyini bəyan edib. Çıxışında son illərdə əldə edilən ən böyük uğurun da məhz işğal altındakı torpaqların azad edilməsi, ərazi bütövlüyü və suverenliyin bərpa olunması olduğunu xüsusi ilə qeyd edib.
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov öz çıxışında Ümummilli lider Heydər Əliyevin ölkənin inkişafındakı müstəsna roluna diqqət yetirib. O, Heydər Əliyevin zəngin irsindən, xüsusilə də gənclərin tərbiyəsi və inkişafına daim göstərdiyi diqqət və qayğıdan danışıb. Natiq Abbasov qeyd edib ki, Ümummilli Lider təkcə dövlətin müstəqilliyini qorumaqla və möhkəmləndirməklə kifayətlənməyib, eyni zamanda gələcək nəsillərin inkişafı üçün də uzaqgörən siyasət həyata keçirib.
Tədbirdə gənc partiya fəalları Günel Xəlilova, Aysel Hüseynova və Aytac Quluzadə də geniş nitqlə çıxış ediblər. Onlar da çıxışlarında Azərbaycanda gənclər hərəkatının tarixi inkişaf yolu, müxtəlif dövrlərdə gənclərin vətəndaşlıq mövqeyi və rolu barədə fikirlərini bölüşüblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

