Azərbaycan-Slovakiya münasibətləri regional sabitliyə töhfədir
10.12.2025 [22:47]
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş ardıcıl siyasət yürüdən dövlət kimi böyük nüfuz qazanıb. Azərbaycan hər bir tərəfdaş ölkə ilə qarşılıqlı faydaya, bərabərhüquqluluğa və uzunmüddətli strateji maraqlara əsaslanan münasibətlərin dərinləşdirilməsinə xüsusi diqqət verir. Qarşılıqlı səfərlərin intensivliyi, imzalanan sənədlərin həcmi və müxtəlifliyi əlaqələrin dərinliyini əks etdirir. İkitərəfli səviyyədə strateji tərəfdaşlıq əlaqələrinin qurulduğu ölkələrin sayı ildən-ilə artır ki, bu da Azərbaycanın etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi beynəlxalq nüfuzunu daha da gücləndirir.
8 dekabr 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə daxil olduğunu bir daha təsdiq etdi. Səfər çərçivəsində dövlət başçılarının mətbuata verdiyi bəyanatlar Bratislava–Bakı xəttində strateji əməkdaşlığın artıq konseptual deyil, konkret nəticələrə əsaslanan real tərəfdaşlığa çevrildiyini göstərdi. Prezident İlham Əliyevin sözlərinə görə, Slovakiya və Azərbaycan sözün əsl mənasında, dost ölkələr və strateji tərəfdaşlardır. Bu qiymətləndirmə yalnız diplomatik jest deyil, son illərdə imzalanan sənədlər, həyata keçirilən enerji layihələri, iqtisadi əməkdaşlığın sürətli dinamikası və siyasi dialoqun intensivliyi ilə tam şəkildə əsaslanır. İkitərəfli münasibətlər içərisində ənənəvi və strateji sahə energetikadır. Xüsusilə Avropanın enerji mənbələrini diversifikasiya etməyə çalışdığı bir vaxtda Azərbaycanın oynadığı rol daha da artır. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlar bunlardır. 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya çatdırılması reallaşdı. Bu, həm Azərbaycan üçün yeni bazarın açılması, həm də Slovakiya üçün enerji asılılığının azaldılması baxımından mühüm hadisə idi. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Slovakiyanın ehtiyac duyduğu səviyyədə və istənilən həcmdə enerji resursları ilə təmin edə biləcək imkanlara malikdir. Bu, Azərbaycan–Slovakiya enerji əməkdaşlığının uzunmüddətli və strateji xarakter daşıdığını göstərir. TAP və TANAP kimi layihələr, həmçinin Cənub Qaz Dəhlizi çərçivəsində genişlənmə planları Slovakiyanın da cəlb olunduğu yeni enerji marşrutlarının formalaşmasına şərait yaratdı. Bu əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyi gündəliyinə də müsbət təsir göstərir. Bratislavada aparılan danışıqlar Azərbaycan-Slovakiya münasibətlərinin sırf formal diplomatiya üzərində qurulmadığını, əksinə, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində sistemli və qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq xəttinin formalaşdığını göstərdi. Prezident İlham Əliyevin səfərinin əsas mesajlarından biri də budur: “Azərbaycan Avropa ilə əməkdaşlığı yalnız enerji tədarükçüsü imici ilə məhdudlaşdırmır, münasibətləri daha geniş – investisiya, nəqliyyat, sənaye inteqrasiyası və regional sabitlik kimi sahələrdə strukturlaşdırır”. Avropa İttifaq ilə son aylarda intensivləşən dialoq da səfərin əhəmiyyətini artırır. Avropa rəhbərliyi ilə ardıcıl görüşlər, telefon danışıqları və yüksək səviyyəli platformalardakı müzakirələr göstərir ki, Avropa İttifaqı artıq Azərbaycana təkcə enerji təminatı baxımından deyil, strateji sabitlik və Cənubi Qafqazda yeni geosiyasi düzəni formalaşdıran tərəfdaş kimi yanaşır. Azərbaycanın ötən il Avropa İttifaqı ölkələrinə 12,9 milyard kubmetr qaz ixrac etməsi məhz bu rolun iqtisadi təməlidir, lakin münasibətlərin məzmunu bununla məhdudlaşmır.
Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələyə keçməsi, Vaşinqtonda paraflanmış razılaşma və regionda yaranmış postmünaqişə reallığı Avropa üçün yeni iqtisadi və təhlükəsizlik imkanları yaradır. Slovakiya kimi Avropa İttifaqı ölkələrinin bu mərhələdə Bakıya marağının artması Azərbaycanın regional lider rolunun qəbul edildiyini göstərir. Naxçıvan üzərindən keçəcək yeni nəqliyyat layihələri, Orta Dəhliz və Trans-Xəzər marşrutları Avropanın Cənubi Qafqaza marağını daha da yüksəldir. Slovakiya ilə aparılan danışıqlarda sənaye kooperasiyası, enerji keçidi, investisiya təşəbbüsləri və parlament platformalarında dialoqun genişləndirilməsi kimi məsələlərin önə çəkilməsi tərəflərin münasibətləri uzunmüddətli strateji model üzərində qurduğunu göstərir. Bu, münasibətləri klassik diplomatik təmaslardan çıxarıb real iqtisadi dəyər yaradan əməkdaşlıq mərhələsinə daşıyır. Nəticə olaraq, Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın Avropada artan çəkisini nümayiş etdirən və Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasında ölkəmizin aparıcı rolunu təsdiqləyən mühüm siyasi hadisədir. Bu səfər həm ikitərəfli münasibətlərin strateji çərçivədə güclənməsinə, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsinə ciddi təkan verir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10

