Əli Kərimli bilirdik, əslində Əli Kremlli imiş
01.12.2025 [16:10]
Hansı qanunsuz əməl sahibi və ya cinayət törətmiş şəxs etdiklərini heç nədən etiraf edir ki, Əli Kərimli və cəbhəçilər də etsin?! Əli Kərimli və cəbhə trolları çox şeyləri dana bilərlər. Necə ki, hal-hazırda edirlər. Daş atıb, başlarını tuturlar ki, bəs, Əli Kərimli aydan arı, sudan durudur. Ancaq belə deyil axı! Əli Kərimli özünü siyasət aləminə sıramağa çalışdığı bu neçə ildə sadəcə alət, ən yaxşı halda yarımçıq layihə və ya bloger olub. Blogerlər yenə təqdim etdikləri virtual məhsul qarşılığında qazanc əldə edirlər. Düzdür, Əli Kərimli də qazanc əldə edib, lakin sifariş yerinə yetirmək müqabilində.
Artıq bir çox məsələlər gün üzünə çıxmaqdadır. Mənbə də məlumdur. Hara bağlı olduqları, haraya ümid etdikləri də həmçinin. Belə olan halda Əli Kərimli alət deyil nədir? Heç layihə də ola bilməyən alət! Pul qarşılğında “siyasətçi” sifarişini yerinə yetirən alət!
Əli Kərimlin Ramiz Mehdiyevlə əlaqəsinin olması məsələsinə inanmaq istəməyənlər gərək, necə deyərlər, prosesləri bir qədər incələsinlər. 2013-cü ildə Milli Şuranın Rusiya Prezidentinə göndərdiyi məktuba imza atan və necə lazımdır öhdəlik götürməyə hazır olduqlarını bəyan edən əsas şəxslərdən biri Əli Kərimli olmuşdur. Həmin ünvana Ramiz Mehdiyev də eyni niyyətlə məktub göndərmişdi. Deməli, vizual olaraq müxtəlif qütblərdə olan bu iki şəxsi eyni niyyət birləşdiribmiş. Proseslərin ardıcıllığına diqqət etdikdə bir detal da diqqət çəkir. Əli Kərimli axırıncı dəfə nə vaxt mitinq edib? 2019-cu ilin 19 yanvarında və həmin tarixə qədər Əli Kərimli mütəmadi hər həftə sonu mitinq, icazəsiz aksiya keçirirdi. Sonradan nə baş verdi ki, meydan, küçə həvəskarı olan Əli Kərimli bircə dəfə də mitin keçirmədi və ya keçirə bilmədi? Həmin ilin oktyabr ayında Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Niyyətləri təbii ki, dəyişməsə də çox şey dəyişdi. Əli Kərimli çıxışlarında özünü Rusiyaya qarşı biri kimi göstəridi. Bu da seçilmiş taktika idi, daha doğrusu maskalanmaq idi. Lakin adamların ümidi Rusiyaya idi. Bunlar altdan-altdan yazıb-pozurmuşlar ki, niyyətlərinə nail olsunlar. Əli Kərimli hakimiyyətə gələ bilmək üçün Kreml qulu olmağa iki əlli razı imiş. Əli Kərimli elə bir xislətin sahibidir ki, hakimiyyətə gələ bilmək üçün istənilən varianta gedər. Hətta adam adını belə dəyişər. Əli Kərimli deyil, Kreml əli və Əli Kremlli. Ancaq adam unudur ki, nə olur olsun, satqınlar, Vətən xainləri bir gün qanun qarşısında cavab verməlidirlər. Artıq o gün gəlib, özü də Bakı vaxtı ilə!
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

