Zəfərdən İnkişafa: Kəlbəcərdə Yeni Tədris Mühiti
01.12.2025 [16:28]
Şərqi Zəngəzur Regional Təhsil idarəsi Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə görüş keçirilib. Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonTəhsil Sektorunun müdiri, YAP Kəlbəcər rayon Təhsil sektoru üzrə Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov, Bəhmən Cəfərov adına şəhər 1 nömrəli məktəbin direktoru, 1 saylı YAP Kəlbəcər rayon Ərazi Partiya Təşkilatının sədri Vəsilə Cəfərova, Vətən müharibəsi qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev, Kəlbəcər Məşğulluq Mərkəzinin direktoru Hikmət Yusibov və məktəbin pedaqoji kollektivi iştirak edirdi.Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər vurğuladılar ki, Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri nəticəsində Kəlbəcər şəhərinin azad edilməsindən beş il ötür. Bu gün digər azad olunmuş ərazilərimiz kimi, Kəlbəcərdə də geniş quruculuq və abadlıq işlərinə start verilib, irimiqyaslı layihələr həyata keçirilir. Görülən işlər tezliklə bu torpaqlarda yeni həyatın tam şəkildə canlanacağından xəbər verir. Dövlət başçısı İlham Əliyevin Kəlbəcərə səfəri isə 30 ildən çox öz yurd-yuvasından ayrı düşmüş sakinlərin doğma məkanlarına böyük qayıdışının başlanğıcı kimi yadda qaldı. Kəlbəcər şəhərində təhsil infrastrukturu sürətlə yenidən qurulur. Doğma yurda qayıdan uşaqların məktəblərə qədəm qoyması bölgədə normal həyatın bərpasının mühüm göstəricisidir. Məktəb kollektivləri dövlətimiz üçün əlamətdar günlərin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət göstərir, şagirdlər arasında vətənpərvərlik, dövlətçilik dəyərlərinin təbliğini ardıcıl şəkildə həyata keçirirlər. Kəlbəcərdə təhsilin dirçəlişi bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, qayıdış prosesinin uğurla davam etdiyini təsdiqləyir.Kəlbəcər şəhərində təhsil infrastrukturu sürətlə yenidən qurulur. Doğma yurda qayıdan uşaqların məktəblərə qədəm qoyması bölgədə normal həyatın bərpasının mühüm göstəricisidir. Məktəbin müəllim şagird kollektivi dövlətimiz üçün əlamətdar günlərin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət göstərir, şagirdlər arasında vətənpərvərlik, dövlətçilik dəyərlərinin təbliğini ardıcıl şəkildə həyata keçirirlər. Kəlbəcərdə təhsilin dirçəlişi bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, qayıdış prosesinin uğurla davam etdiyini təsdiqləyir. Kəlbəcərin təhsil həyatı bu gün yenidən dirçələrək gələcəyə istiqamətlənən mühüm bir mərhələyə qədəm qoyur. Bərpa olunan məktəblər, sinif otaqlarına qayıdan şagird səsləri və müasir tədris şəraiti bölgədə təhsilin inkişafına yeni dinamizm gətirir. Müəllimlər fəaliyyətdə yeni hədəflər müəyyənləşdirir, şagirdlər isə bilik və bacarıqları ilə gələcəyin formalaşdırılmasına töhfə verməyə davam edirlər.Görüş iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Kəlbəcərin işğaldan azad olunması, bu gün yenidən dirçələn yurdumuzda yaşamağın verdiyi qürur, eləcə də insanlara göstərilən diqqət və qayğı xüsusi olaraq qeyd etdilər.Tədbir zamanı Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru Vəsilə Cəfərova və məktəbin kollektivi YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edildi. Şəhid atası Vaqif müəllim tərəfindən isə Vətən müharibəsi qəhrəmanı Anar Əliyevə və digər şəhidlərimizə həsr olunmuş kitablar məktəbə hədiyyə edildi.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31

