Yeni Azərbaycan Partiyası: dövlətçilik yolunda 33 illik siyasi irs
21.11.2025 [09:42]
21 noyabr - Yeni Azərbaycan Partiyasının təsis olunması dövlətimizin ən çətin dönəmlərində xalqın xilasa inamını yenidən alovlandıran tarixi günlərdən biridir.
1992-ci il 21 noyabrda, ölkənin dərin siyasi və iqtisadi böhran yaşadığı, idarəçilikdə xaosun hökm sürdüyü bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü Azərbaycan dövlətçiliyinin gələcəyini düşünən ziyalıların və milli maraqlara sadiq şəxslərin iradəsinin nəticəsi oldu. Bu təşəbbüsün mahiyyətində Heydər Əliyev kimi böyük dövlət xadiminin ətrafında birləşərək ölkəni tərəqqiyə aparacaq yeni siyasi qüvvənin formalaşdırılması dayanırdı.
Azərbaycanın ən yeni siyasi tarixinə “91-lər” kimi daxil olmuş vətənpərvər ziyalıların imzaladıqları müraciət isə bu prosesin əsas dönüm nöqtəsi oldu. Onlar Heydər Əliyevin yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş edərək milli düşüncəyə, dövlətçilik ideallarına söykənən siyasi təşkilatın əsasının qoyulmasına çağırış edirdilər.
1992-ci ilin 21 noyabrında Naxçıvanda keçirilmiş təsis konfransı isə bu tarixi çağırışın gerçəkliyə çevrildiyi gün kimi yadda qaldı. Ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupu Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması barədə qərar qəbul etdi. Bununla da Azərbaycanın siyasi səhnəsində sonrakı onilliklərin inkişaf xəttini müəyyən edən güclü və aparıcı siyasi qüvvə formalaşmış oldu.
Konfransda Yeni Azərbaycan Partiyasının Nizamnaməsi və Proqramı qəbul edildi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu qərar xalqın öz liderinə olan etimadının təsdiqi idi. YAP-ın yaranması ilə Azərbaycan siyasi məkanında sabitlik, sistemlilik və məsuliyyət prinsipləri üstünlük qazandı. Ulu Öndərin rəhbərliyi altında partiya qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
Heydər Əliyevin rəhbərliyi YAP-ı dövlətin inkişaf konsepsiyasını formalaşdıran aparıcı qüvvəyə çevirdi. Böhran içində olan dövlətçiliyi bərpa edən, sabitliyi və inkişafı təmin edən siyasi kursun əsas ideoloji dayağı məhz YAP oldu. Ulu Öndər partiyanı “dünənin, bu günün və sabahın partiyası” adlandırmaqla onun tarixi missiyasını aydın şəkildə müəyyənləşdirmişdi.
Son üç onillik ərzində YAP ölkədə sabitliyin, inkişafın və siyasi institutların möhkəmlənməsinin təminatçısı kimi fəaliyyətdə olub. Hal-hazırda partiya yalnız hakim siyasi güc deyil, həm də geniş sosial bazaya, müxtəlif təbəqələrdən olan insanları birləşdirən milli platformaya çevrilmişdir. YAP-ın gücü onun xalqa söykənən siyasi fəlsəfəsində, milli maraqlara əsaslanan idarəçilik konsepsiyasında və ardıcıllıq prinsipinə söykənən siyasi xəttindədir.
Yeni Azərbaycan Partiyasının inkişaf xətti Heydər Əliyev yolunun mahiyyətini və strateji dərinliyini qorumaqla yanaşı, müasir dövrün çağırışlarına adekvat şəkildə yenilənir. 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin partiya sədri seçilməsi bu varislik prinsipinin ən mühüm göstəricisi oldu. İlham Əliyevin rəhbərliyi YAP-ın dövlətçilik siyasətində ardıcıllıq, yeni siyasi idarəçilik mədəniyyəti və qlobal çağırışlara milli maraqlara uyğun cavab strategiyası ilə səciyyələnir.
YAP-ın müasir mərhələdə əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasi liderliyinin nəticəsidir. Onun VII qurultaydakı çıxışında vurğuladığı kimi, xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verməklə inkişafın yeni dövrünün başlanğıcını qoydu. Son 20 ildə Azərbaycanın dövlətçilik modelində baş verən sistemli dəyişikliklər, iqtisadi modernizasiya, güclü ordu, milli həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artması bu strategiyanın real nəticələridir. Bu dövr Azərbaycanın siyasi tarixində yeni inkişaf mərhələsi kimi xarakterizə olunur.
2021-ci il 5 martda keçirilmiş VII qurultay partiya həyatında yeni strukturlaşma və modernləşmə mərhələsinin əsasını qoydu. Qəbul edilmiş yeni Nizamnamə, yenilənmiş idarəetmə orqanları, Veteranlar Şurasının yaradılması və təşkilati islahatlar YAP-ın institusional gücünü daha da artırdı. Eyni zamanda Prezident İlham Əliyevin müvafiq qərarı ilə Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi ölkəmizdə qadın liderliyinə verilən yüksək qiymətin, milli siyasətdə yeni idarəetmə modelinin və humanist dəyərlərin təcəssümüdür.
Yeni Azərbaycan Partiyası VII qurultaydan sonra qarşıya yeni vəzifələr qoydu. Bu vəzifələr ölkədə gedən köklü siyasi, sosial-iqtisadi və institusional islahatlara partiyanın aktiv dəstəyini, siyasi dialoqun dərinləşməsini və yeni siyasi konfiqurasiyanın formalaşmasında fəal iştirakını nəzərdə tutur. Partiyanın ideoloji xəttində dinamizm, çeviklik və müasir tendensiyalara uyğunlaşma xüsusi yer tutur.
Müasir beynəlxalq münasibətlər sistemində güc faktoru və siyasi dinamika əhəmiyyətini qoruyub saxlayır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın milli maraqlarını müdafiə edərək dövlətimizin xarici siyasət prioritetlərini strateji və adekvat şəkildə formalaşdırır. Partiyamızın fəaliyyəti beynəlxalq əməkdaşlıq mexanizmlərinin inkişafına töhfə verərək, Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakını təmin edir. Azərbaycanın dayanıqlı inkişaf modelində, xüsusilə enerji diplomatiyası və iqtisadi əməkdaşlıq sahələrində YAP-ın rolu böyükdür.
YAP-ın müəyyən etdiyi strateji hədəflər Azərbaycanın ümumi inkişafını təmin etmək məqsədini güdür. Bu hədəflər arasında güclü iqtisadiyyatın qurulması, sosial ədalətin təminatı, şəffaflığın artırılması və mədəni irsin qorunması xüsusi yer tutur. Xüsusilə “Böyük Qayıdış” proqramı işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı üçün nəzərdə tutulan ən mühüm strateji istiqamətlərdəndir. Bu hədəflərin həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti və YAP - ın sədri İlham Əliyevin liderliyi ilə ölkənin iqtisadi, sosial və siyasi inkişafında əsaslı irəliləyişlərə nail olunmasına zəmin yaratmışdır.
Son illərin seçki nəticələri xalqın Yeni Azərbaycan Partiyasına göstərdiyi yüksək etimadın bariz ifadəsidir. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin 92,12 faiz səslə qalib gəlməsi həm dövlət başçısının siyasətinə, həm də partiyanın strateji kursuna cəmiyyət tərəfindən göstərilən güclü dəstəyin nümayişi oldu.
Ardınca, 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Milli Məclis seçkilərində Yeni Azərbaycan Partiyasının parlamentdə 68 deputatla təmsil olunmaq imkanı qazanması, eləcə də 2025-ci il yanvarın 29-da baş tutan bələdiyyə seçkilərində qələbə qazanaraq yerlərin böyük əksəriyyətini əldə etməsi, YAP-ın ölkənin siyasi sistemində lider mövqeyini bir daha təsdiqlədi. Bu ardıcıl qələbələr partiyanın cəmiyyətin geniş təbəqələri tərəfindən dəstəkləndiyini və dövlətçilik yolunda aparıcı siyasi qüvvə kimi möhkəm mövqeyə malik olduğunu göstərir.
Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın siyasi, iqtisadi və sosial tərəqqisinə yönəlmiş proseslərin aparıcı qüvvələrindən biri kimi çıxış edir.Partiyanın müəyyənləşdirdiyi strateji hədəflər və əsas prinsiplər dövlətimizin milli maraqlarına, eləcə də müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə formalaşmışdır. YAP-ın liderliyi ilə həyata keçirilən islahatlar və inkişaf proqramları ölkənin davamlı yüksəlişinə və xalqın rifahının artırılmasına xidmət edərək gələcək nəsillər üçün möhkəm və dayanıqlı baza yaradır.
Partiyanın 33 illik şərəfli fəaliyyəti onun dövlətçiliyə və xalqa sadiqliyinin parlaq nümunəsidir. Yeni Azərbaycan Partiyası bu gün də ölkənin siyasi həyatında mühüm rol oynamaqda davam edir və inkişaf strategiyasını böyük inamla gələcəyə doğru yönəldir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22

