Azərbaycan - Özbəkistan münasibətləri daha da inkişaf edir
20.11.2025 [10:33]
Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlər sağlam siyasi təməl üzərində qurulmuş strateji tərəfdaşlıqlardan biridir. İki qardaş ölkənin əlaqələri yalnız ortaq tarix, mədəni kimlik və dil birliyi ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki ölkə liderinin, cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, uzaqgörən strategiyası nəticəsində yeni inkişaf müstəvisinə yüksəlib. Rəsmi Bakı və Daşkənd ikitərəfli kontekstlə yanaşı, sevindirici haldır ki, Türk dünyasının inteqrasiya xəritəsində əsas aparıcı sütünlar kimi çıxış edirlər. Dövlət rəhbərimizin qeyd etdiyi kimi , " bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim. Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir." Azərbaycan xalqı hər zaman qardaş Özbəkistan xalqının dəstəyini, isti münasibətini hiss etmişdir. Keçmiş Qarabağ münaqişəsi zamanı rəsmi Daşkənd hər zaman ölkəmizin haqlı mövqeyini istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində müdafiə etmişdir. Xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı və post müharibə dövründə Özbəkistanın işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə öz töhfəsini verməsi birliyimizin əyani göstəricisidir.
Özbəkistan dövlətinin ayırdığı vəsait hesabına bu gün işğaldan azad etdiyimiz Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan ən müasir tələblərə cavab verən məktəb kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda həmin məktəbdə 600 şagird təhsil alır. Özbəkistan iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla təmsil olunur və investisiya qoyuluşu hər keçən gün daha da artır. Artıq qarşımızda yeni çağırışlar və perspektivlər mövcuddur. Zəngəzur dəhlizinin reallaşdırılması fonunda yeni nəqliyyat maşurtlarının formalaşması Cənubi Qafqaz-Orta Asiya xəttində iqtisadi dinamikliyi artıracaq mühüm faktordur və bu əməkdaşlıq çoxvektorludur.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50

