Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır!
19.11.2025 [18:54]
Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün minlərlə üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox yüksək səviyyəli və uğurlu siyasətin gələcəyinə inamın göstəricisidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın 33 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan şanlı partiyamız qələbələr partiyası kimi nüfuz qazanmış, cəmiyyətdə rolunu daha da artırır. Yeni Azərbaycan Partiyası populist vədlərdən uzaq olduğunu atdığı addımları, əldə etdiyi nailiyyətləri ilə təsdiqləyir. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.
Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artdı, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişləndi. Müstəqil Azərbaycanın və ən güclü siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müdrik və düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxardı. Partiyanın sədri, Ölkə başçısı cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri ən üst səviyyədə həyata keçirdi. Bu müddət ərzində Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirildi, eyni zamandan beynəlxalq arenadakı nüfuzumuz yüksəldi. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Şanlı partiyamız öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Yeni Azərbaycan Partiyasının təsisindən keçən illər göstərdi ki, dövlətçilik ideyası, milli həmrəylik və vətənə sədaqət üzərində qurulan siyasi yol əbədidir. Ulu Öndər Heydər Əliyevin yaratdığı, cənab Prezident İlham Əliyevin zirvəyə daşıdığı bu siyasi irs bu gün də Azərbaycanı sabitlik, inkişaf və Zəfər məntiqi ilə idarə edir. Yeni Azərbaycan Partiyası xalqın inamını dövlətin gücünə çevirən, milli iradəni siyasi strategiyaya dönüştürən, suverenliyimizin əbədi rəmzidir. Xalqımız Partiyamızın bu fədakar xidmətlərini, onun şərəfli və keşməkeşli tarixini heç vaxt unutmayacaq, əksinə gələcək fəaliyyətində tarixi təcrübə hesab edəcəkdir. Çünki Yeni Azərbaycan Partiyası xalqımızı xaosdan, vətəndaş müharibəsindən, fəlakətdən qurtararaq, erməni faşizmi üzərində əfsanəvi qələbə qazanıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər həm bölgədə, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizdə son illərdə bütün sahələrdə çox sürətlə uğurlu islahatlar həyata keçirilir. Bu islahatların uğurlu nəticələrinə görə respublikamız dünyada islahatçı dövlət kimi tanınır.
Bütün sahələri əhatə edən islahatlar sözsüz ki, ölkəmizin siyasi həyatından da yan keçə bilməzdi.Ulu Öndər Heydər Əliyevin xeyir-duası və müdrikliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində VII qurultayının keçirilməsi ölkə həyatı üçün mühüm ictimai-siyasi hadisə hesab edilir. Bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar və tarixi hadisələrin baş verdiyi, eləcə də əsaslı islahatların həyata keçirildiyi dövrdə baş tutdu. Son illərdə çoxpartiyalı olan ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiyanı da məhz bu islahatların tərkibi kimi qəbul etmək lazımdır. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ideoloji mərkəzi, xalqın milli həmrəyliyinin dayağı, müstəqil siyasətin simvoludur. Partiya dövlətin gücünü xalqın iradəsindən alır, onun məqsədi təkcə bu günü idarə etmək deyil, gələcək nəsillərə suveren, müasir və rifah içində Azərbaycan miras qoymaqdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya özünü daim yeniləyir, gəncləşir, müasir siyasi kommunikasiya vasitələri ilə xalqla ünsiyyət qurur. Bu da Yeni Azərbaycan Partiyasını zamanla ayaqlaşan, gələcəyi yönləndirən siyasi gücə çevirir.
Elşən Əzizov
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28

