Strateji əməkdaşlıqda yeni mərhələ
17.11.2025 [15:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. O cümlədən, günü-gündən inkişaf edən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Eyni soy-kökə, tarixə söykənən Azərbaycan Cənubi Qafqazda yerləşsə də Mərkəzi Asiya ölkələri arasındakı əlaqələr bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir, münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir.
Prezident İlham Əliyevin noyabr ayının 15-də Özbəkistana rəsmi səfəri səfər Mərkəzi Asiya ölkələri arasındakı siyasi, iqtisadi və nəqliyyat-logistika əməkdaşlığının daha da dərinləşdirilməsinə mühüm təkan verib. Səfər zamanı regional platformalarda aparılan görüşlər strateji tərəfdaşlıq xəttinin daha möhkəm əsaslar üzərində qurulduğunu göstərir.
Prezident İlham Əliyevin Özbəkistan səfəri zamanı Mərkəzi Asiya Dövlət Başçılarının Məsləhətləşmə Görüşündə iştirakı ölkəmizin Mərkəzi Asiya regionunda artan siyasi nüfuzunu və fəallığını nümayiş etdirir. Son illərə nəzər salsaq, görərik ki, Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər, Prezident cənab İlham Əliyev qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Belə ki, Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü öz növbəsində, qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Özbəkistan və Azərbaycana gəldikdə isə qısaca deyək ki, bunlar bir-birinə qardaş ölkə və etibarlı müttəfiqdir.İki ölkə arasında imzalanan mühüm sənədlər, Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, Özbəkistan səfirliyinin yeni binasının açılışı bir daha təsdiq edir ki, dövlətlərarası münasibətlər möhkəm təməl üzərində inkişaf edir.
Məramı, məqsədi regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması olan Azərbaycanın Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistan ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Şübhəsiz ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək
Özbəkistan səfəri qardaş ölkələr arasında münasibətlərin strateji və uzunmüddətli xarakter daşıdığını bir daha sübut etdi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

