/ / Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan ümumrayon konfransı keçirilib
Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan ümumrayon konfransı keçirilib
08.11.2025 [19:39]
Noyabrın 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Konfrans iştirakçılarını 8 Noyabr – Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5-ci ildönümü, eyni zamanda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dərin məzmunlu geniş məruzə ilə çıxış edib. İcra başçısı çıxışında deyib ki, beş il əvvəl xalqımızın birliyi, Ordumuzun gücü, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın əbədi milli iftixarına, dövlətçilik və qəhrəmanlıq simvoluna çevrilmişdir. Bu Zəfər sayəsində xalqımızın otuzillik nisgili sona çatmış, torpaqlarımız azad edilmiş, şəhidlərimizin qisası döyüş meydanlarında alınmış, ədalət bərpa edilmişdir. Bu Qələbə hər bir azərbaycanlının qəlbində Vətən sevgisini, dövlətə sədaqəti, milli birliyi daha da möhkəmləndirmişdir.
Sonra məruzə ətrafında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, şəhid valideynləri İlham Cabbarov, Etibar Cəfərov, Sevda Şıxıyeva, Aybəniz Abdullayeva, Qızbəs Abbasova, Nərgiz Vəkilova, şəhid xanımı Mətanət Ələsgərova, Vətən müharibəsi qaziləri Ceyhun Əliyev və Orxan Babayev çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, 8 Noyabr – Zəfər Günü xalqımızın şərəf və qürur mənbəyidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni bir mərhələ açan bu günün tarixi əhəmiyyətini qorumaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur.
Sonda “Vətən müharibəsi salnaməsi” adlı sənədli film nümayiş etdirilib.
Beləliklə, Daşkəsəndə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş ümumrayon konfransı xalqımızın qəhrəmanlıq salnaməsinin, dövlət müstəqilliyimizin və milli birliyimizin daha bir təntənəsinə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

