Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib.
06.11.2025 [12:08]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
1945-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası ötən dövr ərzində nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. Maddi mədəniyyət abidələri və bir çox elmi mənbələr göstərir ki, hələ qədim Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və başqa elmlər yüksək səviyyədə inkişaf etmişdir. Ötən 80 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bugünkü müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən AMEA-ya qayğı və alimlərimizin fəaliyyətinə dəstək siyasəti, bu gün də ölkəmizin elm və təhsil siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana gələn kimi ilk növbədə ölkənin intellektual elitası ilə görüşdü. Bu görüş respublikadakı siyasi böhranın mütləq həll ediləcəyi inamı ilə yanaşı, Elmlər Akademiyasının nüfuzunun qaytarılması üçün də ciddi siqnal oldu. Görüş faktının özü elm ocağının statusunun yüksəldilməsi işinə tarixi bir töhfə idi. Tezliklə akademiyanın statusu və taleyi ilə bağlı açıq və pərdəarxası diskussiyalar birmənalı şəkildə həll edildi. Elmlər Akademiyasının işi daim ölkə rəhbərliyinin diqqət mərkəzində oldu. Bütün sahələrdə elmi-tədqiqat işləri aparılmağa başlandı. Fundamental tədqiqatların əhəmiyyəti və onların inkişafının təminatı sahəsində bir çox əməli işlər görüldü. Cari ilin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqama toxunaraq qeyd etmişdir: "Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı”. Bu, ölkəmizin intellektual potensialını möhkəmləndirdi.
Ölkə başçısı Akademiyanın fəaliyyətinin həm elmi, həm texnoloji, həm də iqtisadi sahələrdə Azərbaycanın inkişafını sürətləndirdiyini vurğulayaraq bildirdi ki, gələcəkdə texnologiya, enerji, geoloji tədqiqatlar və innovativ sənaye sahələri prioritet olaraq qalacaq və ölkənin dayanıqlı inkişafını təmin edəcək. Elmin müxtəlif sahələrdə tətbiqi və yeni texnologiyaların hazırlanması Azərbaycanın beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır və ölkənin strateji inkişafına töhfə verir. Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti həm tarixən, həm də bu gün ölkənin elmi potensialının formalaşmasında və inkişafında əhəmiyyət kəsb edib. Akademiyanın fəaliyyəti elmi araşdırmaların genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi və ölkədə iqtisadi inkişafın dəstəklənməsi baxımından önəmlidir.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

