Bu Zəfərin kökündə xalqımızın birliyi və əvəzsiz Liderimizin qətiyyəti dayanır
05.11.2025 [12:14]
Məlumdur ki, Dəyərli Xalqımız 44 günlük Zəfərin 5-ci ildönümünü bayram edir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında tarixinin ən qürurlu səhifələrindən birini, 2020-ci ilin 8 Noyabrında Zəfər Gününü yazdı. Böyük qürur hissi ilə qeyd etməliyik ki, 44 Günün hər günü xalqımızın şanlı tarixidir!
Yeri gəlmişkən, 2020-ci il sentyabrın 27-də, Vətən müharibəsi başladığı həmin gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: "Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq!" Hələ 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etmişdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Ulu Öndər əmin idi ki, onun sona çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaq.
Qeyd etmək lazımdır ki, tarix bu fikirlərin nə qədər doğru olduğunu sübut etdi. İllər əvvəl Ulu Öndərin əminliyi bu gün milyonlarla azərbaycanlının sarsılmaz inamına çevrildi. Hərbi-siyasi qələbə ilə bitən Vətən savaşı ilk növbədə bütün dünyaya Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qüdrətini nümayiş etdirmiş oldu. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması Prezident İlham Əliyev siyasətinin şah əsəridir. Azərbaycan dövlətinin müstəqil varlığı Ulu Öndərin sayəsində mümkün olubsa, son 200 ildə itirilən torpaqlarımızın qaytarılması, ərazi bütövlüyümüzün təmin edilməsində qazandığımız Zəfər Müzəffər Ali Baş Komandanın ardıcıl, məqsədyönlü siyasəti və uğurlu diplomatiyası sayəsində reallaşmışdır. Məhz İlham Əliyevin yüksək sərkərdəlik məharəti və qəhrəman əsgərlərimizin igidliyi nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi.
Onu da qeyd edək ki, Ölkəmiz heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ləyaqətli müharibə apardı. Biz həm də dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavabımız yalnız döyüş meydanında oldu.
2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-də rəsmi səfərdə olarkən "yeni torpaqlar üçün yeni müharibə" çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı. 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycan xalqı üçün müqəddəs şəhər sayılan Şuşa işğaldan azad edildi. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat idi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtulması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Məhz həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatmışdı. Son ikiəsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş vermişdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazılmışdı.
Ən əsası, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suveren ölkəmizin hər bir bölgəsində qürurla dalğalanır. Suverenliyini tam təmin etmiş Azərbaycan Prezident İlham Əliyevlə daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

