Salyan seçiciləri Prezident İlham Əliyevə səs verəcəklər
05.10.2013 [11:34]
Rayonun Qaraçala qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən Salyan rayonunun Qaraçala qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, Salyan seçicilərinin seçimi artıq məlumdur. Onlar ölkəmizin parlaq gələcəyinə, uğurlara, inkişafa, Ulu öndər Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə səs verəcəklər: “Salyan rayonunun sakinləri hər zaman dövlətçiliyin keşiyində duran insanlardır. Bu gün Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan, dövlətimizin bayrağının ucalıqlara yüksəlməsində böyük xidməti olan Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra Salyan rayonunun həyatında yeni mərhələ başlayıb. Rayonumuzda genişmiqyaslı quruculuq işləri davam etdirilir. Son 10 ildə Salyanda sənaye müəssisələri fəaliyyətə başlayıb, rayona yeni yollar çəkilir, yeni məktəblər, tibb mərkəzləri, şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilir. Görülən işlər rayon sakinlərinin rifahının yüksəlməsinə, sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edir. Mən əminəm ki, Salyan seçiciləri bu fəaliyyətin gələcək 5 ildə də davam etməsi üçün Prezident İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedoqoji Universtetinin prorektoru Vilayət Əliyev qeyd edib ki, bu gün ölkəmizin hər bir rayonunda, hər bir şəhərində dövlət başçısı İlham Əliyevin fəaliyyəti seçicilər tərəfindən qiymətləndirilir, dəstəklənir. Eyni zamanda, Prezidentimiz dünya dövlətlərinin rəhbərləri tərəfindən hörmətlə, rəğbətlə qarşılanır. O deyib ki, ölkəmizə belə bir şəxsiyyətin rəhbərlik etməsi hər bir azərbaycanlı üçün qürur qaynağıdır: “9 oktyabr Azərbaycan xalqının tarixində çox mühüm hadisədir. Müasir dünyada prezident seçimi xalqın özünün taleyini, gələcəyini seçmək günüdür. Bu baxımdan Azərbaycan xalqı seçki prosesində vətəndaş fəallığı göstərməlidir. Bugünkü izdiham, seçicilərin fəallığı bir daha təsdiq edir ki, xalq artıq öz seçimini müəyyənləşdirib və oktyabrın 9-da bu seçimini rəsmiləşdirəcək”.
V.Əliyev qeyd edib ki, ölkəmizin hər yerində müşahidə olunan yüksək əhval-ruhiyyə, xalqımızın Prezident İlham Əliyevə sevgisi, göstərdiyi etimad bir daha sübut edir ki, xalqımız növbəti 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaflı gələcəyə doğru irəliləməyə qərar verib. Azərbaycan xalqının daim müdrik qərarlar qəbul etmək bacarığını nümayiş etdirdiyini söyləyən natiq bildirib ki, son 10 ildə Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyanda lider dövlətlərdən birinə çevrilib. Xalqımız bu inkişafın davam etməsinə səs verəcək.
Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib ki, Prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, dövlət başçısının 10 illik fəaliyyəti Onun ən böyük təbliğatçısıdır: “10 il ərzində görülən işlər, tikilən məktəblər, xəstəxanalar, müasir tipli binalar, körpülər, olimpiya kompleksləri, yeni açılan iş yerləri, sənaye obyektləri, xalqın gündən-günə yaxşılaşan güzəranı, bir sözlə, inkişaf edən Azərbaycan Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Mən inanıram ki, bütün seçicilərimiz 9 oktyabrda fəallıq göstərəcəklər, yenidən Ulu öndər Heydər Əliyev siyasətinin davamına, cənab İlham Əliyevə səs verəcəklər”.
ATXƏM sədri bildirib ki, dünyada baş verən qlobal bahalaşmadan uğurla çıxan Azərbaycan göstərdi ki, bu problemlərdən özünü sığortalayıb. Ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Regionların inkişafı üçün gözəl, əlverişli mühit yaranıb: “Təbii ki, bütün bunların hamısı əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun nailiyyətləridir. Mən əminəm ki, 9 oktyabrda Azərbaycan xalqı bu nailiyyətlərin davamına, xoşbəxt gələcəyə-İlham Əliyevə səs verəcəklər”.
Tədbirdə o da vurğulanıb ki, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib.
Tədbirdə kənd sakinləri adından çıxış edən kənd ağsaqqalı Mirabutalıb Əsgərov, şəhid atası Sədi Məmmədov qeyd ediblər ki, bu gün hər bir salyanlı ölkəmizdə gedən inkişaf prosesini qiymətləndirir. Vurğulanıb ki, Prezident İlham Əliyev kəndliyə əkib-becərmək, təsərrüfatını inkişaf etdirməyə hər bir şəraitin yaradılmasına çalışır. Bu gün Azərbaycanda kənd təsərrüffatının inkişafı istiqamətində əsaslı işlər görülür, banklar tərəfindən aşağı faizlə kreditlər ayrılır, lizinq xidmətləri tətbiq edilir. Dövlət əkinlə məşğul olan təsərrüfatlara maliyyə, texnika, hətta sürtkü yağı və yanacaq, o cümlədən nəğd pul şəklində köməkliklər edir. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyi nəticəsində bu gün Salyan rayonunda bütün sahələr kimi kənd təsərrüfatı da yüksək səviyyədə yeni inkişafa qədəm qoyub. Kənd sakinləri əminliklə bildiriblər ki, hər zaman dövlətçiliyə sadiqlikləri ilə seçilən Salyan sakinləri 9 oktyabrda ölkəmizi işıqlı gələcəyə aparacaq liderə-Prezident İlham Əliyevə səs verəcəklər.
Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə baş tutan konsert proqramı ilə davam etdirilib. Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artist Elza Seyidcahan seçiciləri Prezident İlham Əliyevə səs verməyə çağırıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

