Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib
04.10.2013 [10:04]
Tədbirdə bir daha qeyd olunub ki, Azərbaycan xalqının dəyişməz seçimi cənab İlham Əliyevdir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində dünən Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov prezident seçkilərinə bir neçə gün qaldığını söyləyərək qeyd edib ki, bu seçkilər Azərbaycan dövlətinin və xalqının gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsində olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə də, hər bir vətəndaş öz seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gəlməli və öz iradəsini ifadə edərək istədiyi, etibar etdiyi namizədə səs verməlidir. Hüseynbala Mirələmov daha sonra ötən 10 ildə Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, ötən 10 ildə Azərbaycan çox yüksək sürətlə inkişaf edib, vətəndaşlarımızın güzəranı əsaslı şəkildə yaxşılaşıb, şəhərlərimiz, qəsəbələrimiz tanınmayacaq dərəcədə gözəlləşib, paytaxtımız dünyanın ən gözəl, müasir şəhərlərindən birinə çevrilib: “Əlbəttə ki, bu inkişaf, ölkəmizin güclənməsi, vətəndaşlarımızın həyat tərzinin yüksəlməsi hər birimizi qane edir və biz bu siyasətin qarşıdakı illərdə Azərbaycana daha böyük nailiyyətlər qazandıracağına şübhə etmirik. Əminik ki, 9 oktyabrda seçki məntəqələrinə gələn hər bir seçici məhz bu inam və düşüncə ilə öz seçimini rəsmiləşdirəcək”.
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli deyib ki, bu gün Azərbaycan siyasi palitrasında Prezident İlham Əliyevə rəqib ola biləcək güc, lider yoxdur. Cənab Prezident 10 il öncə bir sıra məqsədləri qarşıya qoymuşdu və ötən illər ərzində xalqımızın və dövlətimizin mənafeyi naminə bu məqsədləri uğurla həyata keçirib. Məhz bunun da nəticəsində ötən 10 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev öz idarəçilik qabiliyyəti və liderlik keyfiyyəti ilə dünyanın siyasi mərkəzləri tərəfindən də yüksək səviyyədə qəbul olunur. Cənab İlham Əliyev bu gün sadəcə Azərbaycan dövlətinin, xalqının lideri deyil, O, dünyanın qlobal problemlərinin həllinə töhfə verən, dünya liderləri sırasında sayılıb-seçilən bir dövlət başçısıdır: “Əlbəttə ki, bu, hər bir azərbaycanlıda haqlı qürur yaradır. Cənab Prezidentimiz dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının iclasına sədrlik edir, Onun fikirləri, tezisləri, irəli sürdüyü ideyalar, təşəbbüsləri təqdir olunur, rəğbətlə qarşılanır. Bu gün Azərbaycan dövləti cənab Prezidentimizin rəhbərliyi ilə bir sıra mühüm əhəmiyyət kəsb edən qlobal layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın razılığı və iştirakı olmadan bölgədə hər hansı bir layihənin reallaşması mümkün deyil”.
Akademik İsa Həbibbəyli daha sonra ölkəmizdə təhsil və elm sahəsində aparılan islahatlardan danışaraq vurğulayıb ki, qarşıdakı 5 ildə bu istiqamətdə çox ciddi nailiyyətlərin əldə olunacağını müşahidə edəcəyik. İsa Həbibbəyli sonda bir daha seçiciləri seçki günündə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan dövlətinin gələcək inkişafının qarantı olan cənab İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək deyib ki, son 10 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olub: “Bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Qarşıdakı 5 il isə Azərbaycanda elm və təhsilin inkişafı baxımından xüsusilə fərqlənəcək. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Ona görə də, Prezidentimizin həyata keçirdiyi siyasət dəstəklənir, vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. 2003-cü ildə, 2008-ci ildə olduğu kimi, bu il oktyabrın 9-da da cənab İlham Əliyevin vətəndaşlarımızın mütləq əksəriyyətinin səsini qazanaraq seçkilərdə qalib gələcəyinə heç bir şübhə yoxdur”.
O, daha sonra Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işləri də yüksək qiymətləndirərək deyib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov isə əvvəlcə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclərin potensialının artırılması, gənc nəslin kreativ bir təbəqə kimi formalaşması, dövlət idarəçiliyində gənclərin potensialından istifadə olunması istiqamətində çox mühüm işlər görülür. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda kifayət qədər savadlı, vətənpərvər, idarəçilikdə uğurla təmsil olunan gənclər ordusu formalaşıb. O, daha sonra ölkəmizin digər sahələrdə qazandığı nailiyyətləri də vurğulayaraq deyib ki, bütün bunlar təbii ki, cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub.
Sonda çıxış edən digər natiqlər və seçicilər – Tahirə Bəkirova, Sərxan Əliyev, Mərziyə Məmmədova, Sevinc Abdullayeva, Mətanət Əhmədova, Könül Əfəndiyeva, Tərlan Səfərov, Kənan Rzayev və başqaları ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş bütün nailiyyətlərin vətəndaşlarımızı qane etdiyini və 9 oktyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

