Ağstafa seçiciləri Prezident İlham Əliyevə inanır, etibar edir
03.10.2013 [10:26]
YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağstafa rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində oktyabrın 1-də Ağstafa şəhərində, Saloğlu və Qarayazı qəsəbələrində, Köçvəlili, Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində fəallarla görüşlər keçirilib.
Görüşlərdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən və ölkədə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışıb. O, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: “Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev bütün azərbaycanlıların yeganə namizədi və seçimidir. Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan güclü liderdir. Gəlin, inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək”.
YAP Ağstafa rayon təşkilatının sədri müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən də danışıb. Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən, Azərbaycan dövlətinin hər bir sahəsində dinamik inkişafın əldə edilməsində cənab İlham Əliyevin xidmətlərindən bəhs açan R.Tatarov hamını seçkilərə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb. O qeyd edib ki, Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, qısa müddətdə çox böyük uğurlara imza atıb. Bu isə, heç şübhəsiz ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsidir: “Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, bütün sahələrin paralel inkişafı təmin olunub. Həyata keçirilən sosial-iqtisadi kurs vətəndaşların rifah halının daha da yaxşılaşmasına xidmət edib”.
Tədbirdə çıxış edən seçicilər, partiya fəalları bildiriblər ki, Azərbaycan bayrağını yüksəklərə qaldıran, haqq səsimizi beynəlxalq kürsülərdən səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, dövlətimizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

