/ / İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək
İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək
07.10.2025 [23:04]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bu universitetin yaradılması təkcə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda elm, innovasiya və mədəni mübadilə sahələrində də mühüm perspektivlər açır. İtaliya-Azərbaycan Universiteti müasir dövrün çağırışlarına cavab verən, beynəlxalq standartlara uyğun kadr hazırlığını hədəfləyən ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də elmi-tədqiqat işlərinin, birgə layihələrin, professor-müəllim mübadiləsinin və tələbə mobilliyinin genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Universitetin əsas məqsədi İtaliya və Azərbaycanın qabaqcıl ali təhsil ənənələrini bir araya gətirmək, hər iki ölkənin təhsil resurslarından səmərəli şəkildə istifadə edərək yeni nəsil peşəkar mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Bu baxımdan universitetdə fəaliyyət göstərəcək fakültələr, tədris proqramları və elmi mərkəzlər beynəlxalq səviyyəli mütəxəssislərin iştirakı ilə formalaşdırılır. Əsas istiqamətlər kimi dizayn ve memarlıq, kənd təsərrüfatı ve qida elmləri üzrə proqramların təklif olunması nəzərdə tutulur. Eyni zamanda bu proqramlar İtaliyanın nüfuzlu universitetlərinin müvafiq tədris planlarına uyğunlaşdırılaraq hazırlanır ki, bu da tədrisin keyfiyyətini artırmağa xidmət edir. İtaliya-Azərbaycan Universitetinin yaradılması elm sahəsində əməkdaşlığın inkişafına da ciddi təkan verəcək. Universitet çərçivəsində birgə elmi-tədqiqat mərkəzlərinin qurulması, müxtəlif sahələr üzrə innovativ layihələrin həyata keçirilməsi və startap təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Bu isə gənc alimlərin potensialının üzə çıxarılmasına, onların beynəlxalq səviyyəli araşdırmalarda iştirakına və yeni texnologiyaların transferinə imkan yaradacaq. İtaliya alimlərinin və tədqiqatçılarının Azərbaycanda elmi mühitlə yaxından tanış olması, yerli alimlərin isə İtaliya elmi cəmiyyətləri ilə birgə fəaliyyət göstərməsi hər iki tərəf üçün qarşılıqlı faydalı olacaq. Təhsil və elmdən əlavə, İtaliya-Azərbaycan Universiteti mədəniyyətlərarası dialoqun təşviqində də mühüm rol oynayacaq. Universitet nəinki tədris müəssisəsi kimi, həm də mədəniyyətlərin inteqrasiyası və qarşılıqlı anlaşma platforması kimi çıxış edəcək. İtalyan dili və mədəniyyəti mərkəzlərinin yaradılması, mədəni tədbirlərin, sərgilərin, film festivallarının, ədəbi axşamların və elmi konfransların təşkili sayəsində tələbələr və müəllim heyəti hər iki xalqın tarixi, incəsənəti, ədəbiyyatı və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu isə gələcəkdə müxtəlif sahələrdə çalışan mütəxəssislərin daha geniş dünyagörüşünə malik olmalarını təmin edəcək. Eyni zamanda, universitetin fəaliyyəti çərçivəsində tələbə və müəllim mübadiləsi proqramları həyata keçiriləcək. Bu proqramlar çərçivəsində azərbaycanlı tələbələr İtaliyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, italyan tələbələr isə Azərbaycanda akademik təcrübə qazanmaq imkanı əldə edəcəklər. Belə qarşılıqlı mobillik həm tədris prosesinin beynəlmiləlləşməsinə, həm də iki ölkə arasında təhsil diplomlarının tanınmasına, akademik əməkdaşlığın davamlı inkişafına yol açacaq. İtaliya-Azərbaycan Universiteti eyni zamanda ölkənin təhsil sisteminə müasir yanaşmaların gətirilməsi baxımından da mühüm rol oynayacaq. Burada tətbiq olunacaq tədris metodologiyaları, rəqəmsal təhsil platformaları, qiymətləndirmə sistemləri və tələbə yönümlü yanaşmalar Azərbaycan ali təhsil sisteminə innovativ töhfələr verəcək. Bu isə ümumilikdə ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına xidmət edəcək. İqtisadi baxımdan da bu universitetin fəaliyyəti strateji əhəmiyyət daşıyır. Çünki universitetin hazırladığı mütəxəssislər gələcəkdə ölkədə müvafiq ixtisaslar üzrə yüksək ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına kömək edəcək. Bu da Azərbaycan iqtisadiyyatının daha innovativ, bilik əsaslı və davamlı inkişafına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

