Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam etdirilir
07.10.2025 [22:52]
Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Ələkbərov Telman İqdam oğlu, Məmmədli Sübhan Səbuhi oğlu, Bababəy Şamil Nazim oğlu və Səmədov Məhəmməd Niman oğlunun ildönümü münasibətilə anım tədbirləri keçirilib.
İlk öncə şəhid Telman Ələkbərovun, Sübhan Məmmədlinin və Bababəy Şamilin Hərbi Memorial Məzarlıqda məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Daha sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində Şəhidlər Xiyabanında şəhid Məhəmməd Səmədovun oğlunun əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi Rahim Budaqov, Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Telman Ələkbərov 1991-ci il mart ayının 30-da Bakıda anadan olub. 1997-ci ildə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbə daxil olub və 2003-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 2003-cü ildən 2008-ci ilə qədər orta təhsilini Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunda “motoatıcı taqım komandiri” ixtisası üzrə təlim keçib. 2019-cu ildə kursu bitirdikdən sonra leytenant rütbəsinə tağım komandiri kimi Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin motoatıcı taboruna təyinat alıb. 2020-ci ilin avqustun 12-də Telman Ələkbərov müqaviləsini uzadaraq “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan ordusunun zabit heyətinə keçib. 2020-ci il oktyabrın 7-də Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olub. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2016-cı ildə leytenant rütbəsi alaraq ordu sıralarına daxil olub. 2019-cu ildə baş Leytenant rütbəsinə yüksəlmişdir. Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şamil Bababəy 1994-cü il yanvar ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kəndində anadan olub. 2001-ci ildə Ordubad rayon Çənnəb kənd şəhid Əliqulu Babayev adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Məhəmməd Səmədov 2001-ci il iyul ayının 13-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olub. 2007-ci ildə Pirşağı qəsəbəsi 10 saylı İnternat məktəbində orta təhsilinə başlayıb və həmin məktəbin 9-cu sinifini bitirib. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sabunçu rayonu, Pirşağı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə" və “Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

