Dövlətimizin uğurlu gələcəyi naminə cənab İlham Əliyevə səs verək!
28.09.2013 [10:57]
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində Qaradağda növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda da uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş dünən keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov müstəqil Azərbaycan dövlətinin inkişaf tarixinə qısaca nəzər salıb. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir: “Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitliyin fonunda reallaşıb”.
YAP Siyasi Şurasının üzvü A.Hüseynov daha sonra ölkəmizdə biznes mühitinin inkişafı, sahibkarlığa dövlət qayğısının artırılması yönündə görülən tədbirlərdən də danışaraq deyib ki, dövlətin atdığı addımlar qeyri-neft sektorunda əsaslı irəliləyişlərə, ölkəmizdə daxili investisiyaların həcminin artmasına şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın daha böyük uğurlara imza atacağına əminliyini ifadə edən Aydın Hüseynov, həmçinin, deyib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağda da Prezident İlham Əliyevə çox böyük ictimai etimad göstərilir. Təşkilat sədri xalqımızın öz gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirib. A.Hüseynov qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də Ümummilli lider Heydər Əliyev zəngin siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza tam əmin olduğunu söyləyən A.Hüseynov seçkilərin rayonda yüksək fəallıq və demokratik dəyərlər şəraitində keçiriləcəyinə də inamını ifadə edib.
Millət vəkili Ağalar Vəliyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır”.
Millət vəkili Madər Musayev isə deyib ki, bu gün cəmiyyətimizdə haqlı bir düşüncə formalaşıb ki, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Və bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir: “Mən hesab edirəm ki, vətəndaşlarımızın mütləq əksəriyyəti də məhz bu fikirdədir və bu qənaəti bölüşürlər. Bəs bu kursu həyata keçirən, onu müasir dövrün çağırışlarına, tələblərinə uyğunlaşdıraraq uğurla davam etdirən kimdir? Cənab Prezident İlham Əliyev. Ona görə deyirik ki, bugünkü Azərbaycanın nailiyyətlərinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu kimi, eyni dərəcədə də Ümummilli liderin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıllıqla həyata keçirilməsi nəticəsində təmin olunmaqdadır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıbdır. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir”.
O, bu uğurların davamlılığı üçün Azərbaycan xalqının Prezident İlham Əliyevə növbəti dəfə səs verəcəyini vurğulayıb.
Qaradağlılar adından çıxış edən rayon sakinləri Sabir Ələkbərov, Vaqif Hüseynli, Qulam İmanov və digərləri bildiriblər ki, bu gün Azərbaycanın günü-gündən inkişaf etdiyini hər bir ölkə vətəndaşı kimi onlar da öz həyatlarında hiss edirlər. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı cənab İlham Əliyevə səs verəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

