Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb
01.09.2025 [19:10]
Prezident cənab İlham Əliyevin hər çıxışı, müsahibəsi həm ölkəmiz, həm region, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında əhəmiyyətli rol oynayır.
Bu baxımdan Prezident cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm çağırışları özündə ehtiva edir . Müsahibə zamanı Prezident cənab İlham Əliyev yalnız keçmiş müharibənin nəticələrinə toxunmaqla kifayətlənməyib, həm də regionun gələcəyi və Azərbaycanın yeni inkişaf mərhələsi barədə aydın təsəvvür yaradıb. Jurnalistin ünvanladığı suallara olduqca dolğun, aydın və faktlara əsaslanan cavablar verən ölkə rəhbərinin fikirləri özündə bir neçə səciyyəvi elementi aydınlaşdırır. Müsahibədə regionumuzda və beynəlxalq münasibətlər prosesində hazırda cərəyan edən mühüm məqamlara toxunub, Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
İlk növbədə dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış bəyanatın əhəmiyyətindən bəhs edərək, bu sənədin Cənubi Qafqazda uzun illər yaşanan qarşıdurma və gərginliyin sonu, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlanması kimi dəyərləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir və Qarabağda qazandığı möhtəşəm Qələbədən sonra heç bir qüvvə ölkəmizə qarşı məkrli planlar həyata keçirə bilməz.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas mövzulardan biri də enerji siyasətidir. Azərbaycanın enerji resursları yalnız milli iqtisadiyyat üçün deyil, həm də beynəlxalq enerji təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır. Hal-hazırda Azərbaycan 10 Avropa ölkəsini təbii qazla təmin edir, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu, ölkəmizin Avropanın enerji xəritəsindəki strateji rolunu daha da möhkəmləndirir. Qeyd edildi ki, 2030-cu ilədək qaz ixracının həcmi daha da artırılacaq və 8 milyard kubmetr əlavə həcmdə enerji Avropaya çatdırılacaq.
Həmçinin müsahibədə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı görülən işlərə də xüsusi diqqət ayırmışdır. Dövlət başçısı demişdir: “Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.” Bu siyasət yalnız sosial ədalətin bərpası deyil, həm də Azərbaycanın milli həmrəyliyinin və humanitar siyasətinin göstəricisidir. Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması və yeni yaşayış məntəqələrinin inşası “Böyük Qayıdış” proqramının əsas prioritetlərindəndir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın müstəqil siyasətini, praqmatik yanaşmalarını və beynəlxalq müstəvidə artan nüfuzunu bir daha təsdiq etmişdir. Dövlət başçısı müxtəlif mövzulara toxunaraq, ölkəmizin regional güc mərkəzinə çevrildiyini, iqtisadi, siyasi və humanitar sahələrdə nümunəvi model yaratdığını vurğulamışdır.
Bu gün Azərbaycan formalaşan yeni nizamda özünəməxsus yeri, təmin ediləcək maraq və mənafeləri ilə beynəlxalq aləmdə, dünya səhnəsində xüsusi rola malik dövlətdir.
Bu müsahibə Azərbaycanın xarici siyasət prioritetlərini, regionda sülh və əməkdaşlıq istiqamətində atdığı addımları və beynəlxalq arenada nüfuzunu bir daha nümayiş etdirmişdir.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

